GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Hadisə » 22 yaşlı Leylanın anası: "Alışmışdım qızımın olmasına, getdi..." - Fotolar

22 yaşlı Leylanın anası: "Alışmışdım qızımın olmasına, getdi..." - Fotolar

Tarix: 27-06-2017, 17:18 Bölmə :Hadisə Baxış: 558
22 yaşlı Leylanın anası: "Alışmışdım qızımın olmasına, getdi..." - Fotolar


Gənc modelin yas mərasmi keçirildi

Artıq 3 gündür ki, mətbuatda, sosial şəbəkələrdə 22 yaşlı model Leyla Oruclunun faciəli ölümü müzakirə edilir, danışılır. Məlum olduğu kimi gənc qızın estetik əməliyyat etdirməsi onun həyatı bahasına başa gəlib. Modelliklə məşğul olan Leyla 22 iyun tarixində ailəsinə xəbər vermədən “Zəfəran Hospital”da liposaksiya (piy sovurma) əməliyyatına girib. Əməliyyatdan sonra vəziyyəti pisləşən gənc qız iki gün sonra vəfat edib.

Bu gün isə Leylanın yas mərasimi keçirilib. Musavat.com-un əməkdaşı da mərasimə qatılıb. Mərhumun yaxınları əməkdaşımız ilə söhbətləşərkən bildiriblər ki, uzun müddətdir ki, modelliklə məşğul olan Leyla son zamanlarda qarın və bel nahiyəsində gedən kiçik piylənmədən narahat olub:

"Onun əməliyyata ehtiyacı yox idi. İdmanla da istədiyi formanı əldə edə bilərdi. Amma əməliyyatla buna nail olmaq istəyib".

Yaxınları gənc qızın əməliyyatı həyata keçirən iranlı cərrah Sirus Qoçxaninin səriştəsizliyi ucbatından dünyasını dəyişdiyini iddia ediblər:

"Həkim ailəsindən icazə alıb, sonra əməliyyat etməli idi. Üstəlik Leyla əməliyyata girərkən saçlarında və dırnaqlarında qaynaq, gözündə isə linza olub. Xüsusən də gözündə linza olması onu şoka salan səbəblərdən biri olub. Həkim bütün bunlara diqqət etməli idi. Lakin heç nəyi nəzərə almadan əməliyyata salıb. Eşitdiyimizə görə həmin həkim bu günə qədər çox xəstənin ölümünə səbəb olub, amma cəzalandırılmayıb. Tezliklə, yas mərasimindən sonra həkim barəsində şikayətçi olacağıq".

Bəzi yaxınlarının iddialarına görə isə, model qızın ölümünə səbəb əməliyyatdan sonra ona vurulan köhnə donor qan olub.

Övlad acısının şokundan ayıla bilməyən Sevinc xanım isə danışmaqda çətinlik çəkir:

"Alışmışdım qızımın olmasına, getdi... Leyla çox bacarığa malik idi. Hələ uşaqlıqdan Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə gedib. Pianinoda ifa etməyi, vokal oxumağı bacarırdı. Çox ağıllı, işini bilən qız idi... Neçə gündür ki, ağlaya bilmirdim. Yalnız bu gün ağlayıb, az da olsa ürəyimi boşalda bildim".

Sevinc xanım da həkimin cəzalandırılmasını istədiyini dilə gətirdi:

"Balamı geri qaytara bilməsəm də, onun cəzalandırılmasını görsəm az da olsa təskinlik taparam".

Söhbət zamanı o da məlum oldu ki, 22 yaşlı Leyla evin böyük övladı olub. 12 yaşlı qardaşı Mərd isə bacısının ölümünü hələ doğru-dürüst dərk edə bilmir.

Qeyd edək ki, model qızın ölümündə günahlandırılan iranlı həkim Siruz Qoçxani ötən gün unikal.org saytına açıqlama verərək bildirib ki, Leyla Oruclu pioemboliya diaqnozundan dünyasını dəyişib:

"Leyla başqa xəstəxanada analizlər vermişdi. Analizlərdə əməliyyat üçün hər hansı bir qaranlıq məqam qalmamışdı. İyunun 22-də 16:00-da əməliyyata alındı. Əməliyyat saat 18:00-da yekunlaşdı və palataya köçürüldü. Həmin gün axşam saat 19:30 radələrində onun vəziyyəti pisləşdiyi üçün reanimasiyaya köçürüldü. Orada da lazımı tibbi yardım göstərildi. Mən də həmin anda özümü xəstəxanaya çatdırmışam. Leyla pioemboliya (piy parçasının damarda tıxanıqlıq yaratması) diaqnozundan dünyasını dəyişdi. Mən ona dedim ki, "qızım, bu sənə lazım olan əməliyyat deyil". Ancaq mənimlə razılaşmadı. Çox xahiş etdiyi üçün əməliyyatı etməli oldum. O, əməliyyatdan qabaq təəssüflər olsun ki, yaxınları ilə məsləhətləşməyib. Mən də onun yetkinlik yaşını nəzərə alıb bu barədə sorğu sual aparmamışam. Bu cür xəstələrin 1-3 faizi dünyasını dəyşir. Əməliyyat öncəsi Leyla ilə söhbət aparıb müvafiq sənədləri imzalatmışıq".
S.Qoçxani bu hadisədə günahı olmadığını və ölüm hadisəsi ilə bağlı prokuorluqda izahat verdiyini də deyib:
"Bu cərrahi əməliyyatdır və hər zaman belə hallara hazır olmalıyıq. Təəssüflər olsun ki, Azərbaycan reallığında bu cür hadisələrdə həkimlər günahlandırılır".
Qeyd edək ki, Leyla Oruclu əməliyyatdan iki gün sonra, 25 iyun tarixində vəfat edib./musavat.com/

22 yaşlı Leylanın anası: "Alışmışdım qızımın olmasına, getdi..." - Fotolar
22 yaşlı Leylanın anası: "Alışmışdım qızımın olmasına, getdi..." - Fotolar
22 yaşlı Leylanın anası: "Alışmışdım qızımın olmasına, getdi..." - Fotolar



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda 22 yaşlı model estetik əməliyyatdan sonra öldü

    Bakıda 22 yaşlı model estetik əməliyyatdan sonra ...

    26-06-2017, 10:45

  • 
  • Model qızın ölümündə günahlandırılan həkim haqqında ilginc faktlar

    Model qızın ölümündə günahlandırılan həkim ...

    26-06-2017, 13:19

  • 
  • Dünyasını dəyişən modelin ürəkparçalayan paylaşımı: "Ruhum hər zaman səninlədir"

    Dünyasını dəyişən modelin ürəkparçalayan ...

    27-06-2017, 16:58

  • 
  • Müalicəsi üçün pul tapılmayan gənc qız dünyasını dəyişdi (FOTO)

    Müalicəsi üçün pul tapılmayan gənc qız dünyasını ...

    29-06-2013, 14:42

  • 
  • Küçədən gənc qızın meyiti tapıldı

    Küçədən gənc qızın meyiti tapıldı ...

    20-11-2015, 17:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu