Türkiyənin Qaçaqmalçılıqla Mübarizə İdarəsi Fətullahçı Terror Təşkilatının (FETÖ) təhsil və maliyyə sektorunu idarə edən şəxslərə qarşı xüsusi əməliyyat keçirib. Azvision.az bildirir ki, əməliyyatlar İstanbul və Çorluda keçirilib. Əməliyyat zamanı FETÖ-nün maliyyə kuryerliyini həyata keçirən 4 nəfər saxlanılıb. Onlardan 50 milyon lirə üçün qəbz-sənəd və 1 milyon lirə nağd pul götürülüb. Murat Kılıç isə qaçaq olduğu üçün axtarışdadır. Qeyd edək ki, Türkiyə Qaçaqmalçılıqla Mübarizə İdarəsi FETÖ-nün maliyyə mənbələrinin zərərsizləşdirilməsi istiqamətindəki əməliyyatlarını davam etdirir.
Sorğu
Yeni dizaynımız necədir?