Liviyada girov götürülən BMT əməkdaşları sərbəst buraxılıb.
İnsident nəticəsində zərərçəkənlərin olmadığı bildirilir.
Məlumata əsasən, yerli tayfa başçıları ilə danışıqlardan sonra sərbəst buraxılan BMT əməkdaşları Tripoliyə yollanıb.
Bundan əvvəl BMT missiyasının 7 əməkdaşını girov götürən silahlılar Səudiyyə Ərəbistanı həbsxanalarından silahdaşlarının azad edilməsini tələb etmişdilər.
***
Liviyada “Əl-Qaidə” terror təşkilatı ilə əlaqəli silahlılar BMT missiyasının üzvlərini əsir götürüb. Bu barədə “Sky News Arabia” telekanalı məlumat verib.
Məlumata əsasən, hadisə Tripolidən 45 km qərbdə yerləşən Əz-Zəviyyə yaşayış məntəqəsində baş verib. İnsidentin təfərrüatları barədə hələ ki, məlumat verilmir./APA/
Sorğu
Yeni dizaynımız necədir?