Ukraynada müxtəlif vaxtlarda girov götürülən azərbaycanlıların hamısı azad edilib.
Müvafiq qurumların birgə fəaliyyəti nəticəsində oğurlanan azərbaycanlıları mərhələ ilə azad etmək mümkün olub.
Son iki il ərzində müxtəlif vaxtlarda girov götürülənlərin əksəriyyəti iş adamları, bir qismi isə iş adamlarının övladları olub.
Qeyd edək ki, bu ilin iyul ayında son iki il ərzində Ukraynada 20-dən çox azərbaycanlının girov götürüldüyü və ya itkin düşdüyü açıqlanmışdı.
Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə katibi Abbas Mustafayev məsələ ilə bağlı Ukraynanın hüquq-mühafizə orqanlarına müraciət olunduğunu və bu ölkənin Daxili İşlər Nazirliyi tərəfindən hər bir fakt üzrə cinayət işi qaldırıldığını açıqlamışdı. (APA)
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?