Türkiyənin Diyarbəkir vilayətinin Lice rayonunda hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) yerli rəhbərinin müavini Orxan Mercan yaşadığı evin qarşısında güllələnib.
Xəstəxanaya çatdırılan O.Mercanın həyatını xilas etmək mümkün olmayıb. Hücumun PKK tərəfindən törədildiyi ehtimal olunur. İnsidentin ardından hadisə yerinə çox sayda polis cəlb edilib. Terrorçuların tutulması üçün bölgədə əməliyyat aparılır. Məlumata görə, dörd uşaq atası O.Mercan partiyadakı vəzifəsindən ayrılması üçün uzun müddət PKK tərəfindən təhdid edilib./APA/
Sorğu
Yeni dizaynımız necədir?