GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Hadisə » Qarabağdakı “seçki” günü müharibə başlaya bilər

Qarabağdakı “seçki” günü müharibə başlaya bilər

Tarix: 3-07-2017, 11:32 Bölmə :Hadisə Baxış: 420
Qarabağdakı “seçki” günü müharibə başlaya bilər

Bakı Qarabağ danışıqlarının nazirlər səviyyəsində davam etdirilməsi barədə həmsədrlərin təkliflərinə “hə” deyib. Xarici İşlər Nazirliyi bəyan edib ki, münaqişənin tezliklə həlli, qəbuledilməz və qeyri-davamlı olan status-kvonun dəyişdirilməsi üçün substantiv danışıqlara hazırdır. Bəs, qarşı tərəf?

İşğalçı ölkə, separatçı qurumun da “cavab”ı açıqlanıb. Azərbaycanın sülhməramlı təşəbbüsünə düşmən “seçki” planı ilə reaksiya verib. İşğalçı rejimin başçısının mətbuat katibi David Babayan deyib ki, iyulun sonuncu ongünlüyündə qondarma rejiminin “parlament”i yeni “prezident” seçəcək. Həyasızlığın həddini görürsünüzmü?
Biz görürük, amma özlərini “tərəfsiz” adlandıran, əslində isə işğalı stimullaşdıran vasitəçi dövlətlər görməzdən gəlirlər. Əks təqdirdə bu bəyanatın səsləndiyi andaca Minsk Qrupu həmsədrlərindən heç olmasa, quruca bəyanat gələrdi. Azərbaycan ordusu Qarabağdakı “OSA” hərbi qurğusunu məhv edən kimi həmsədrlər “narahat” olmuşdular, Azərbaycanı suçlu çıxaran bəyanat vermişdilər.
Separatçılar o qədər həyasızlaşıb ki, hətta “yeni konstitusiya”dan dəm vururlar, “parlamentli respublika” qurduqları görüntüsü yaratmağa çalışırlar. Düzdür, beynəlxalq ictimaiyyət işğal altındakı əraziləri Azərbaycanın ayrılmaz tərkib hissəsi saydığını və orada keçirilən heç bir “seçki”nin nəticələrini tanımadığını vaxtaşırı bəyan edir. Amma bu mövqe işğala son qoymur. İşğalçının başına qapaz vuran, ona sanksiya tətbiq edən yoxdur. Azərbaycan ordusu da bir zərbə endirən kimi havadarları hərəkətə keçir.

Bu günlərdə prezident Putinin sözçüsü Aleksandr Proxanov dedi ki, “apreldə Azərbaycan Qarabağı qaytara bilərdi, lakin sonradan, Moskvanın müdaxiləsindən sonra dayandılar. Vəziyyət həll olunmamış qaldı”. Əslində buna nə biz, nə ermənilər, nə də havadarları qəti şübhə eləmir. Xatırlayırsınızsa, Moskvanın üç gün ərzində susması, döyüşlərə biganə qalması erməniləri dəli eləmişdi.

Ötən ay “Global Firepower” analitik mərkəzi dünya ölkələrinin hərbi qüvvələrinin 2017-ci ilə olan reytinqini açıqladı. 132 ölkə arasında Azərbaycan ordusu 59-cu, Ermənistan ordusu isə 95-ci yeri tutub. Bu reallığı ermənilər özləri də etiraf etdilər. Düzdür, onlar bu yolla yenidən Rusiyanın havayı silahlarına, ABŞ-ın gecəgörmə qurğularına sahiblənmək istəyirlər. Ancaq istənilən halda düşmən çox narahatdır. Ermənilər “nə vaxta qədər belə davam edəcək” sualına cavab axtarırlar. Hesab edirlər ki, Azərbaycan bu gün Cocuq Mərcanlını abadlaşdırırsa, sabah Azərbaycan bayrağı Şuşada dalğalanacaq.
Bu günlərdə Türkiyədə həmsöhbət olduğum rus jurnalisti Cocuq Mərcanlıya getmək arzusunu dilə gətirdi. Yəni bu, bir kəndin azad olunması, abadlaşdırılması məsələsi deyil, Şuşa, Xankəndinin azad olunması istiqamətində ciddi bir testdir, dost da bilir, düşmən də...

Nəhayət, beynəlxalq oyunçuların Qarabağla bağlı oyunlarına son qoyulmalıdır! Azərbaycan Qarabağda sülhün olmasını istəyən dairələrdən birmənalı mövqe tələb etməlidir. Rəsmi Bakı Dağlıq Qarabağdakı “seçki” hazırlığına BMT-nin, Avropa Şurasının, ATƏT-in, Vaşinqton, Paris və Moskvanın diqqətini cəlb etməkdən ötrü bütün zəruri addımları atmalı, XİN rəhbərliyi təkcə müraciətlərlə kifayətlənməməli, təcili səfərlər həyata keçirib vəziyyətlə bağlı şəxsən danışıqlar aparmalıdır. Eyni zamanda Azərbaycan ordusunun döyüş hazırlığı vəziyyətinə gətirilməsinə, düşmənə qəti xəbərdarlıq edilməsinə ehtiyac var. Bəyan olunmalıdır ki, əgər Qarabağdakı separatçı rejim “prezident seçkisi” adlı şounu gerçəkləşdirəcəksə, o halda bütün məsuliyyət işğalçı tərəfin üzərinə düşəcək.

Üstəlik, Bakı Qarabağa qanunsuz səfər edən xarici ölkə vətəndaşlarına da müraciət etməlidir, “hər an müharibə başlaya bilər, məhv olarsınız, belə səfərlərdən çəkinin”, deyə. Əks təqdirdə nə “seçkilər”lə bağlı sonradan verilən bəyanatlar, nə də əcnəbilərin adlarının “qara siyahı”ya salınması vəziyyətə ciddi təsir göstərməyəcək.

Ermənilər israrla ABŞ kəşfiyyatının “bu il Qarabağda müharibə başlaya bilər” proqnozunu reallaşdırmaq üçün addımlar atırlar. Azərbaycan təbliğat müharibəsində də uğurlar əldə etməli, düşmənə vuracağı hərbi zərbələrə qarşı sərgilənə biləcək neqativ reaksiyaları qabaqcadan neytrallaşdırmaq üçün hərəkətə keçməlidir. Nalbandyan ilin sonunadək azı, bir ölkənin Dağlıq Qarabağın “müstəqilliyini” tanıyacağını deyib. “Seçki”ləri sadəcə “şou” adlandırıb üstündən keçsək, erməni havadarları fürsətdən yararlana bilər. Ayıq olmalıyıq...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan XİN erməni nazirə cavab verdi

    Azərbaycan XİN erməni nazirə cavab verdi ...

    26-05-2016, 22:41

  • 
  • XİN-dən həmsədrlərə sərt cavab: "Uğursuz işdən nəticə çıxarın!"

    XİN-dən həmsədrlərə sərt cavab: "Uğursuz ...

    13-11-2015, 00:06

  • 
  • Qondarma Dağlıq Qarabağ rejimi "referendum"un nəticələrini açıqladı

    Qondarma Dağlıq Qarabağ rejimi ...

    21-02-2017, 23:25

  • 
  • Dağlıq Qarabağ münaqişəsi: “Nə hərb, nə də sülh”

    Dağlıq Qarabağ münaqişəsi: “Nə hərb, nə də sülh” ...

    3-01-2014, 00:55

  • 
  • Azərbaycan Respublikasının Müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

    Azərbaycan Respublikasının Müdafiə naziri ATƏT-in ...

    6-04-2016, 21:24


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu