GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Hadisə » 99 illik müddət bitdi: Bakı İrəvanı geri istəyəcəkmi?

99 illik müddət bitdi: Bakı İrəvanı geri istəyəcəkmi?

Tarix: 3-07-2017, 12:55 Bölmə :Hadisə Baxış: 407
99 illik müddət bitdi: Bakı İrəvanı geri istəyəcəkmi?

1918-ci ildə Bakını xilas etmək üçün İrəvanı Ermənistana güzəştə getdik.

Bu sözləri Azərbaycan Xalq Cümhuriyyəti tarixinin tədqiqatçısı, tarixçi alim Nəsiman Yaqublu 1918-ci ildə İrəvanın Ermənistana güzəştə getməsi ilə bağlı imzalanan protokol haqqında danışarkən deyib.

“Bu protokolun imzalanması məcburi atılan bir addım idi. Çünki o dövrdə Azərbaycan istiqlalını elan etsə də, çox pis vəziyyətdə idi. Yəni istiqlal elan edilməsinə baxmayaraq, hökumət yalnız Gəncəyə gəlib çıxa bilmişdi. Bakını azad edib qorumaq üçün demək olar ki, bizim silahlı qüvvələrimiz yox idi. İki istiqamətdə döyüş aparacaq gücə malik deyildik. Bizə həmin dövrdə Bakını azad edib, Azərbaycanın paytaxtı olduğunu dünyaya çatdırmaq lazım idi.

Burada mövcüd olan 14 minə yaxın silahlı qüvvə - erməni daşnaklar, ruslar və digər qüvvələr Bakını ayıraraq ayrıca bir quberniya kimi saxlamaq və Rusiyanın bir əyalətinə çevirmək istəyirdilər. Biz də həmin dövrdə Bakı uğrunda mübarizəyə başladıq və Osmanlı ordusu da köməyə gələndə İrəvanı deyil, Bakını xilas etməyə gəldiyini bildirmişdi. 1918-ci il imzalanan müqaviləyə əsasən, başda Nuru Paşa olmaqla, Qafqaz İslam Ordusu Bakını və Bakıətrafı əraziləri xilas etdi. İrəvan isə tamamilə kənarda qaldı. İrəvan məsələsi bizdən asılı deyildi, yəni böyük dövlətlərin də burda maraqları var idi. İngilislər Azərbaycanın İrəvanı ermənilərə verməsində israr edirdilər, Türkiyə isə Gümrünu Ermənistana vermək istəmirdi.

Ona görə də bu məcburiyyətdən atılan addım idi. Bunu Milli Şuranın iclasında Fətəli Xan Xoyski də demişdi”, - Nəsiman Yaqublu bildirib.

Siyasi ekspert Fərhad Mehdiyev isə bu protokolların yenidən gündəmə gəlib, reallaşmasının mümkünsüz olduğunu bildirib:

“Azərbaycanda Şura hökuməti qurulduqdan sonra Ermənistan və Gürcüstan ilə birgə Zaqafkaziya Sosialist Respublikasını qurub. Daha sonra SSRİ-yə daxil olub. Habelə Azərbaycan BMT-yə və Avropa Şurasına üzv olduqda Ermənistanın ərazi bütövlüyünə etiraz etməyib. Bu səbəblə İrəvan bizə geri verilməlidir etirazı çox da əsaslı olmayacaq.

Həm də İrəvanın icarəyə verilməsi yox, bu protokolun özü 99 illikdir. Beynəlxalq hüquq qaydalarına əsasən İrəvanı indi geri istəmək çətin məsələdir”.

Qeyd edək ki, Müsəlman Milli Şurasının Tiflis şəhərində keçirilən 29 may 1918-ci iclasının 3 №-li protokoluna əsasən, İrəvan Ermənistana 99 il müddətinə güzəştə gedildi. Bu il isə həmin protokolun qüvvədəqalma müddəti bitir./axar.az/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyevin böhtanına cavab verildi

    İlham Əliyevin böhtanına cavab verildi ...

    30-12-2012, 10:43

  • 
  • Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir

    Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir ...

    26-06-2016, 02:07

  • 
  • Rusiya Bakını YENİ MÜHARİBƏYƏ təhrik edə bilər - STRATFOR

    Rusiya Bakını YENİ MÜHARİBƏYƏ təhrik edə bilər - ...

    6-03-2017, 00:49

  • 
  • Əkrəm Əylisliyə Bakını tərk etmək qadağan olundu

    Əkrəm Əylisliyə Bakını tərk etmək qadağan olundu ...

    7-04-2016, 16:50

  • 
  • Azərbaycan Ordusunun yaranmasından 95 il ötür

    Azərbaycan Ordusunun yaranmasından 95 il ötür ...

    26-06-2013, 02:17


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu