Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin vəzifəli şəxsi adam öldürüb.
“Gündəm Xəbər” “Qafqazinfo”ya istinadən bildirir ki, Zabrat qəsəbəsində yerləşən Vertolyot Meydançasının rəisi Faiq Qasımov sırağagün gecə saatlarında öz dostunu öldürüb. Belə ki, F.Qasımov yaxın dostu, Qoşa Qala restoranının sahibi Tərlanla axşam toy məclisində yeyib-içiblər. Sonra isə dostlar əyləncə məclisini Fatmayi kəndində dəniz kənarında davam etdiriblər. Hələlik açıqlanmayan səbəbdən F.Qasımov avtomobolini dostu Tərlanın üzərinə sürüb və ona ağır xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən iş adamı vəfat edib. Rəis F.Qasımov dünən səhər saatlarında saxlanılıb. Hadisə Binəqədi qəsəbəsində yerləşən “Həyat” istirahət mərkəzində baş verib. Bu istirahət mərkəzi Dəmir Yolu İdarəsinin rəisi Cavid Qurbanova məxsusdur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?