Ötən gündən sosial şəbəkədə quldurluq etdiyi üçün həbs olunan qızın fotoları paylaşılır.
Axşam.az-ın məlumatına görə, bu qədər gözəl qadının oğurluğa əl atması müzakirələrə səbəb olub.
Səidə Kərimova İsrafil Hüseynov ilə birlikdə Yeganə İsayeva adlı vətəndaşa zor tətbiq edərək pulqabısını götürüb qaçıb.
Zərərçəkmiş qadın polisə şikayət edərək, oğruların yaxalanmasını istəyib. Polis tərəfindən həbs edlən S.Kərimova imkansızlıqdan bu yola əl atdıqlarını deyib:
“Ev axtarırdıq və pulsuz idik. Qadından telefonunu istədik, amma qaçmağa çalışdı. İsrafil onu tutmaq istəyəndə əli boyunbağısına ilişdi, pulqabısı yerə düşdü. Onu götürüb qaçdıq”.
***
Daxili İşlər Nazirliyi Bakıda baş vermiş quldurluq hadisəsi ilə bağlı məlumat yayıb
İyunun 4-də saat 20 radələrində paytaxtın Nizami rayonu ərazisindəki evlərdən birinin girişində 2 naməlum şəxs Bakı şəhər sakini Yeganə İasyevanı döyərək içərisində 6 manat və bankomat kartları olan pulqabısını alıb qaçarkən, Y.İsayeva səs-küyə gələn bina sakinləri ilə birgə onlardan birini tutaraq 25-ci Polis Bölməsinin əməkdaşlarına təhvil verib.
Araşdırmalarla həmin şəxsin Şəmkir rayon sakini Səidə Kərimova olması müəyyən edilib.
Nizami RPİ tərəfindən digər şəxsin tutulması üçün əməliyyat-axtarış tədbirlər davam etdirilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?