Bakı Apellyasiya Məhkəməsində terrorçuluq haqda bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Fəqani İsmayılovun barəsində hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.
gundemxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsəsən, hökm qüvvədə saxlanılıb.
Qeyd edək ki, Saray qəsəbəsində yaşayan, İmişli rayon sakini 1977-ci il təvəllüdlü F.İsmayılov 102 xidmətinə zəng edərək metroya bomba qoyacağını deyib. O, Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə təqsirəndirilir. Məhkəmə ifadəsi zamanı polisə zəng edərkən sərxoş olduğunu deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.İsmayılov 5 il müddətə azadlıqdan məhrum edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?