Abşeron rayonunda uşaqlara təcavüz edən manyak peyda olub.
Gündəm Xəbər "Xəzər xəbər"ə istinadən xəbər verir ki, ötən gün həmin şəxs Xırdalan şəhərində 6 yaşlı uşağa təcavüz etmək istəyən zaman ətrafda yaşayan sakinlər tərəfindən tutulub.
Sakinlər əvvəlcə həmin şəxsi döyüblər. Daha sonra isə rayon polis idarəsinə məlumat veriblər. Əraziyə gələn bir neçə polis işçisi adı hələ ki açıqlanmayan şəxsi idarəyə aparıblar. Manyakın polis şöbəsinə aparılmasını əks etdirən kadrlarda da ayın görünür.
Abşeron rayon Polis İdarəsindən də faktı təsdiqləyiblər. Bildirilib ki, son vaxtlar Xırdalanda insanlar arasında uşaqlara təcavüz edən seksual manyakın peyda olması ilə bağlı təşviş yaranıbmış.
Sorğu
Yeni dizaynımız necədir?