GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Beynəlxalq Bankın vəzifəli şəxsinin işi - "Götürdüyü kreditləri "Topaz"da uduzub"

Beynəlxalq Bankın vəzifəli şəxsinin işi - "Götürdüyü kreditləri "Topaz"da uduzub"

Tarix: 7-07-2017, 13:34 Bölmə :Kirminal Baxış: 362
Beynəlxalq Bankın vəzifəli şəxsinin işi - "Götürdüyü kreditləri "Topaz"da uduzub"


Beynəlxalq Bankın vəzifəli əməkdaşı ayrı-ayrı şəxslərin adına kredit götürüb. İttihama görə o, əldə etdiyi məbləğin böyük hissəsini "Topaz"da uduzub.

Gündəm Xəbər Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Bankın (ABB) "Qaradağ" filialının kredit şöbəsinin sabiq baş mütəxəssisi Elnur Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Məhkəmədə şahidlər ifadə verib. Onlar etiraf ediblər ki, E.Hüseynovun xahişi ilə banka gedərək pul götürüblər. Amma həmin məbləği aldıqdan sonra E.Hüseynova qaytarıblar.

Məhkəmədə şahd qismində Fərrux Həşimov ifadə verib. O deyib ki, mərhum atası Nəsimi Həşimov oula ehtiyacı olduğu üçün banka müraciət edib.

"Atam Elnuru tanıyırdı. Əvvəldən münasibətləri var idi. Biz banka gedəndə iş bir günə həll edildi. Atam 10 min manata imza atdı. 5 min atama verildi, 3 min Elnura qaldı, 2 min manat isə "şapka" olaraq tutuldu"- deyə şahid bildirib.

Fərrux Həşimov söyləyib ki, mərhum atası əvvəllər dətman zavodunda müdir işləyib, daha sonra isə özünə şirkət açaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

Digər şahid isə Qiyas Abdullayev olub.

Q.Abdullayev Elnur Hüseynovun xahişi ilə bankdan pul götürüb. E.Hüseynovu mömin bir şəxs kimi tanıdığını deyən şahid onunla yaxın münasibətinin olduğunu söyləyib:

"Elnuru başqa bir mömin dostum vasitəsi ilə tanımışdım. Daha sonra məsciddə namazda görüşürdük. Bir neçə dəfə də məclislərdə görüşüb, çay içib, çörək yemişik. Mömin qardaş kimi də münasibətimiz yaxşı olub. Məndən xahiş etdi ki, adıma kredit götürsün. Mən də razılaşdım. Bir şəxsiyyət vəsiqəmi verib, banka getdim. 10 min dollara imza çəkdim, manatla kassadan götürüb, Elnura verdim".

Hakim şahidə bu işdə nə marağı olduğunu soruşub. Şahid isə deyib ki, sadəcə ehtiyacı olduğu üçün Elnur Hüseynova kömək edib: "Allah xətrinə kömək eləmişəm. Heç bir marağım da olmayıb. Bu gün başqa bir mömin qardaşım da xahiş etsə edərəm. Məqsədim kömək etmək olub".

Qiyas Abdulayev deyib ki, kredit götürərkən E.Hüseynovdan bir xahişi olub: "Xahiş elədim ki, kreditlə bağlı problem olmasın. Gecikmə olmasın ki, mənə zəng etməsinlər. İki il sonra "Dəmirbank"dan kredit götürməyə gedəndə dedilər ki, mənim gecikdirilmiş kreditim var. Buna görə də pul vermədilər. Elnura zəng edəndə dedi ki, bəzi problemlər olub, amma həll edəcək".

Məhkəmədə növbəti şahid kimi Rəsul Hüseynov da ifadə verib. O da deyib ki, E.Hüseynovun xahişi ilə bankdan 10 min dollar götürüb.

"Elnuru məscidlərdə ibadət edərkən tanıdım. Münasibətimizdə yaxşı olub. Mömin qardaş kimi xətrini çox istəmişəm. Uşağının xəstə olduğunu bilirdim. Ona görə də xahişi ilə razılaşdım. 10 min dollara imza atdım"- deyə şahid söyləyib.

Hakim isə deyib ki, təqsirləndirilən E.Hüseynov götürdüyü məbləğləri uşağının xəstəliyi üçün xərcləməyib:

"İstintaqdakı ifadəsində Elnur etiraf edib ki, götürdüyü kreditləri "Topaz"da uduzub. Həmçinin spirtli içki istehsalı üçün şüşə butulka gətirib. Məqsəd spirtli içki istehsalı ilə məşğul olmaq olub".

Şahid isə Elnur Hüseynovun belə əməllərinin olmasından xəbərsiz olduğunu söyləyib.

Təqsirləndirilən E.Hüseynov isə bu ittihama gülümsəyərək reaksiya verib.

Məhkəmənin davamında E.Hüseynovun qardaşı Həmid Hüseynov dindirilib.

Məlum olub ki, onun adına bankdan iki kredit kartı vasitəsi ilə 23 min manat kredit limiti verilib.

Həmid Hüseynov deyib ki, kreditin bir hissəsi qaytarılıb.

Məhkəmənin növbəti iclası iyulun 12-nə təyin edilib.

Qeyd edək ki, ittihama görə, E.Hüseynov bankda işlədiyi 2012-2015-ci illlər ərzində qulluq mövqeyindən sui-istifadə edərək ayrı-ayrı şəxslərə müraciət edərək, işlədiyi bank filialından kredit rəsmiləşdirməsinə razı salıb, kredit üzrə əsas və faiz borclarının özünün ödəyəcəyini deyərək kredit götürüb.

O, həm də bankın müştərilərinin imzalarını saxtalaşdıraraq onlardan xəbərsiz adlarına kredit götürməkdə də təqdirli bilinir.

E.Hüseynov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Bu iş üzrə bankın sabiq əməldaşı Aqilə Quliyeva da təqsirləndirilən şəxsdir. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bankın vəzifəli şəxslərinə bəraət verilmədi

    Bankın vəzifəli şəxslərinə bəraət verilmədi ...

    1-05-2015, 11:11

  • 
  • Məmur oğlu “Topaz”da 500 min manat uduzdu - Evlərini satdılar

    Məmur oğlu “Topaz”da 500 min manat uduzdu - ...

    21-11-2016, 19:33

  • 
  • Bankın vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edildi

    Bankın vəzifəli şəxslərinin qanunsuz əməlləri ...

    28-09-2015, 19:23

  • 
  • Bankın vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilmişdir

    Bankın vəzifəli şəxslərinin qanunsuz əməlləri ...

    3-05-2015, 13:43

  • 
  • Bankın vəzifəli şəxslərinin şikayəti təmin edilmədi

    Bankın vəzifəli şəxslərinin şikayəti təmin ...

    29-03-2015, 12:53


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu