GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Sabiq nazirin məhkəmədə dindirilməsi tələb olundu (MTN İŞİ)

Sabiq nazirin məhkəmədə dindirilməsi tələb olundu (MTN İŞİ)

Tarix: 7-07-2017, 21:40 Bölmə :Kirminal Baxış: 443
Sabiq nazirin məhkəmədə dindirilməsi tələb olundu (MTN İŞİ)


Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Ələsgər Əliyevin epizodu üzrə şahidlər ifadə veriblər.

Ə. Əliyevin bacısı Lalə Yavərova deyib ki, Mərdəkanda yerləşən torpaqlarda onun da payı olub. Əlavə edib ki, bir gün qardaşı ona zəng edərək, hədə-qorxu ilə bu torpağının əlindən almaq istədiklərini bildirib: "Məcbur olub, qardaşımın dediyi Rövşən adlı şəxsin adına etibarnamə verdim. Qardaşıma deyirdilər ki, torpağı verməsə, həbs edəcəklər".

Şahid Rövşən Abbasov torpaq alınması ilə bağlı MTN-nin Xəzər rayon şöbəsinin rəisi Rafiq Səfərov tərəfindən tapşırıq aldığını deyib: "Rafiq mənə dedi ki, 50 sot torpaq sahəsi lazımdır. Mən də tanışım Ələsgərin belə bir torpağı olduğunu dedim. İşdən sonra gedib, Rafiqlə birlikdə torpağa baxdıq. Sənədləşməyə qədər 50 sot torpağa 50 min manat pul verdik. Qalan pul isə sənədləşmədən sonra veriləcəkdi. Ancaq məlum oldu ki, həmin ərazidə qaçqın və məcburi köçkünlər yaşayırlar. Sən demə, bu torpağa Ələsgərin özünü də buraxmırlar. Mən bu məsələni bilən kimi, Rafiqə dedim, o isə belə olan halda pulu geri almağımızı tapşırdı. Ələsgər pulu vermək istəmirdi, sonra razılığa gəldik, ərazini özümüz sənədləşdirdik. Artırma sahə kimi Ələsgərin bacısından aldığımız torpaq sahəsinə görə 25 min manat verdik".

Şahid deyib ki, MTN-nin vəzifəli şəxsləri həbs olunan kimi Ə. Əliyev ona zəng edərək, şikayət edəcəyini deyib: "Dedi ki, o vaxt sotu 2 min manata olan torpaq indi 4 min manata satılır. Qalan pulu istədi, etiraz elədim, məsələni rəisə dedim. O isə idarənin nüfuzuna xələl gəlməməsi üçün Əsgərə 10 min manat verməyimi istədi və mən də bu pulu sonradan Əsgərə verdim".

Zərərçəkmiş Ə. Əliyev isə ona pul verilmədiyini, sonradan alınan torpaqlara görə heç nə ödənilmədiyini deyib. Ə. Əliyev ona MTN əməkdaşları tərəfindən hədə-qorxu gəlindiyini də bildirib.

Təqsirləndirilən E. Quliyev isə zərərçəkmiş Ə. Əliyevin ifadəsinə etiraz edib: "Hədə-qorxuya mən məruz qalmışam. Sən bizi şantaj edə-edə orda oturmusan, mən isə içəridə. Səni döyüblər, söyüblər? Sənə kim, nə edib? 2 ildir ki, burdayam, amma hələ də nəyə görə həbs olunduğumu anlamıram".

Hakim isə E. Quliyevə xəbərdarlıq edərək, məhkəmə iclasını pozmamağa çağırıb.

Şahid, MTN-nin Xəzər rayon İdarəsinin baş əməliyyat müvəkkili olmuş Heydər İslamov isə ifadəsində Ə. Əliyevdən alınan torpaq sahələrinin pulunun ödənildiyini deyib. O, 50 sot torpağın Elçin Quliyev, İlqar Əliyev və Rafiq Səfərov üçün alındığını deyib.

Zərərçəkmiş Mətləb Mustafayev E. Quliyevə etiraz edib: "Sən nə utanmaz adamsan? Mənim tutulmağımda birbaşa sənin rolun var. Evimə tapança qoydurmaqla bağlı göstəriş vermisən".

Sonra MTN-nin Xəzər rayon şöbəsinin rəisi olmuş Rafiq Səfərov şahid qismində ifadə verib. Onun sözlərinə görə, 2011-ci ildə Elçin Quliyevin müavini intihar etmiş İlqar Əliyev ondan 50 sot torpaq tapmasını istəyib: "Mən də bu məsələni Heydər İslamova tapşırdım. Alınan torpaq sahələrinin də pullarını verdik".

Sonra zərərçəkmişlər - Ələkbər Heydərov və Rauf Sultanovun epizodu üzrə şahid Kamil Şükürov ifadə verib. O, "makler" kimi fəaliyyət göstərdiyini deyib: "Rauf Sultanov Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xəzər rayon şöbəsinin rəis müavini vəzifəsində çalışarkən, evə çıxarış verilməsi üçün ilə bağlı 20 min manat pul tələb edib. Mən də bu barədə MTN-nə məlumat verdim. Sonra pulu ona otağında verən vaxt MTN əməkdaşları tərəfindən həbs olundu".

R. Sultanov isə rüşvət almadığını, onun həbsi ilə bağlı qəsdən belə bir əməliyyat keçirildiyini deyib: "Mənim kabinetimə girib, pulu qəfildən stolun üstünə atdılar. Korrupsiya faktı vardısa, bu barədə MTN-ə yox, polisə, prokurorluğa müraciət edilməli idi".

Zərərçəkən, Xəzər rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Ə. Heydərov isə şahid K. Şükürovun vasitəsi ilə MTN əməkdaşları tərəfindən hədə-qorxuya məruz qaldığını və 300000 manatının alındığını deyib.

Zərərçəkmiş Maqsud Mahmudov MTN əməkdaşları tərəfindən əlindən alınan restoranın məhkəmənin qərarı ilə artıq özünə qaytarıldığını, təqsirləndirilən şəxsləri bağışladığını deyib: "Mənim tələbim odur ki, Eldar Mahmudov məhkəməyə gəlsin. Bu adamlar kimdir ki? Onlar göstəriş yerinə yetiriblər. Ona görə mən əlimdən alınan pulları onlara bağışlayaram. Eldar Mahmudov gəlsə, bütün pulumu ondan tələb edəcəyəm".

Sonra zərərçəkmiş Mətləb Mustafayev vəsatətlə çıxış edib. O bildirib ki, MTN-nin Anti Terror Mərkəzinin sabiq rəis müavini, intihar etmiş İlqar Əliyevin ibtidai istintaqda zərərçəkmişlər və zərərçəkmiş şəxsin hüquqi varisi barəsində verdiyi ifadələr elan olunsun. M. Mustafayev də Eldar Mahmudovun məhkəmədə dindirilməsini istəyib.

Məhkəmə vəsatətləri baxılmamış saxlayıb.

Proses iyulun 21-də davam etdiriləcək.

Qeyd edək ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Daha sonra MTN barəsində aparılan istintaq zamanı o tutduğu vəzifədən azad edilərək MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib.
Elçin Quliyevə Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • General ilə zərərtçəkmiş arasında qarşıdurma

    General ilə zərərtçəkmiş arasında qarşıdurma ...

    20-06-2017, 13:13

  • 
  • MTN Antiterror Mərkəzinin sabiq rəis müavini apellyasiya şikayəti verdi

    MTN Antiterror Mərkəzinin sabiq rəis müavini ...

    23-10-2015, 21:03

  • 
  • MTN generalıyla şəxsi mesajlaşmalar üzə çıxdı – Eksklüziv \ Mətn

    MTN generalıyla şəxsi mesajlaşmalar üzə çıxdı – ...

    5-05-2017, 22:28

  • 
  • İttiham aktı: "Kod adı BET olan Elçin Behbudov hər ay MTN-dən pul mükafatı alıb"

    İttiham aktı: "Kod adı BET olan Elçin ...

    12-05-2017, 19:59

  • 
  • "Qələt edir, pul görməmişəm" - Akif Çovdarov

    "Qələt edir, pul görməmişəm" - Akif ...

    3-07-2017, 17:47


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu