GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Faciəvi şəkildə ölən modelin anasından ŞOK İDDİALAR - "QIZIMI ALDADIBLAR"

Faciəvi şəkildə ölən modelin anasından ŞOK İDDİALAR - "QIZIMI ALDADIBLAR"

Tarix: 8-07-2017, 12:57 Bölmə :Kirminal Baxış: 525
Faciəvi şəkildə ölən modelin anasından ŞOK İDDİALAR - "QIZIMI ALDADIBLAR"


Model Leyla Oruclunun Bakıda özəl klinikalardan birində əməliyyat zamanı həyatını itirməsindən 15 gün ötür. Hadisənin üstündən günlər keçsə, bu mövzu mətbuatın və sosial şəbəkələrin gündəmindən çıxsa da, Leylanın ailəsinin yarası hələ də təzədir.

Əvvəlcədən qeyd edək ki, gənc qızın estetik əməliyyat etdirməsi onun həyatı bahasına başa gəlib. Modelliklə məşğul olan Leyla iyunun 22-də ailəsinə xəbər vermədən "Zəfəran Hospital"da liposaksiya (piy sovurma) əməliyyatına girib. Əməliyyatdan sonra vəziyyəti pisləşən gənc qız komaya düşüb və iki gün sonra vəfat edib.

Leylanın anası Sevinc Alpman qızının ölümündə cərrahın böyük günahının olduğunu düşünür: “Adi diş çəkdirməyə gedəndə evdə kimsə yoxdursa, qonşunu çağırırsan ki, dişimi çəkdirmək istəyirəm, mənimlə gəl. Həmin gün səhər Leylanı mən özüm yola salmışam. Səhər atamla ikimiz yola saldıq onu, atası 2 gün idi ki, Türkiyəyə getmişdi. Biz də hazırlaşırdıq Türkiyəyə gedək, Leyla mənə dedi ki, ana, 3 günə gedək. Mən isə 3 yox, 15 günə gedə biləcəyimizi dedim. Əməliyyat barədə evdə bir kəlmə də danışmayıb. Həmin gün səhər bir qədər gec oyanmışdı. “Bonito” şirkətində işləyirdi, model kimi paltar reklamlarında çəkilirdi. Soruşdum, niyə işə gec gedir, cavab verdi ki, icazə alıb və bir qədər yatmaq istəyir. Deyib gülə-gülə yola saldıq. İşə gedib, ordan da çıxıb gedib xəstəxanaya. Orda özləri hər şeyi: əməliyyat-filan ediblər. Artıq axşam saat 8-i keçmişdi. Zəng etdim ki, Leyla hardasan, balıq qızartmışam. Həmişə mən zəng edəndə, geri zəng edib danışırdı. Amma həmin gün dönmədi. Gecəyə kimi çoxlu zəng etdik, gözlədik, saat 12-nin yarısı olardı, gördüm başqa nömrə ilə bir kişi zəng edib. Dedi ki, Leylanın həkimidir, o, plastik əməliyyat olunub, vəziyyəti ağırdır, gəlin. Həmin zəng edən şəxs anestizioloq Pərviz idi. Ürəyim düşdü, tez getdik ora, səhərə kimi gözlədik. Biz gedəndə içəri qoymadılar, dedilər, yaşamaq şansı 50-50-dir, dua edin. Səhər saat 9-da Sirus (əməliyyatı həyata keçirən həkim - N.R.) yoldaşı ilə gəldi, Yaxınlaşıb vəziyyəti soruşmaq istədim. Məni görən kimi həyəcan içində lifti gözləmədən pilləkənlər tərəfə gedib piyada qalxmağa başladı. Mən yoldaşı ilə 4-cü mərtəbəyə qalxdım. Getdim soruşdum ki, axı niyə valideynlərinin xəbəri olmadan əməliyyat etmisiniz? Cavab verdi ki, böyük qızdır, 21 yaşı var, məndən xahiş etdi, mən də əməliyyat etdim. Yəni bu insanlar bir xahişlə kimi gəldi əməliyyat edirlər. Mənim qızım qəpik-qəpik pulunu yığıb, həkim də pulu görən kimi tez əməliyyata razılaşıb, halbuki qızımın yanında ailə üzvlərindən mütləq bir nəfər olmalı idi, əməliyyata razılıq verməli idi. Mənim bircə istəyim var, o həkim Azərbaycandan çıxıb getsin, ya da ikisi də tutulsun. Sirus da, Pərviz də. Leylanın qanı yerdə qalmasın. Başqa heç nə istəmirəm. Ya da Sirus gətirsin öz balasını versin mənə, arvadı hamilədir. Dünyaya gətirdiyi uşağı versin mənə. Mən onun, balalarının kölgəsi olacağam, onlardan əl çəkməyəcəm”.

Sevinc Alpman deyib ki, qızını əməliyyat edən həkim Sirus Qoçxaninin işləmək üçün müvafiq diplomu yoxdur: “Həkim gərək onu əməliyyata salmazdı, 170 santimetrdən çox boyu, 50 kilo çəkisi olan qızın nə piy problemi ola bilər ki? Ancaq pula görə bu əməliyyatı ediblər. Haradansa qovulmuş həkimlər gəlib burda bizim övladlarımızı bədbəxt edir. Bu gün Leyla öldü, sabah da başqa uşaqlarımızı öldürəcəklər. Mənə həmin həkimin qurbanı olmuş müxtəlif insanlar yazırlar. 36 yaşlı bir qadın zəng etmişdi, dedi ki, uşaq dünyaya gətirəndən sonra bədənində deformasiyalar olub. Sirus həkim onu əməliyyat edib, elə vəziyyətə salıb ki, indi tamamilə ağır durumda yaşayır. Gəncədə süd vəzisi əməliyyat edilmiş qadını da bədbəxt edib. Həmin həkim gəlib burda özünü məşhurlaşdırır, amma kimsə soruşmur ki, kimsən, haradan gəlmisən, diplomun, sertifikatların varmı? Keçmişdə nə işlə məşğul olub, haradan qovulub onu sorğulayan yoxdur”.

Şikayətçi əlavə edib ki, daha əvvəl Leylanı müayinə edən həkim onun əməliyyat edilməsinə qarşı çıxıb: “Mübariz həkim var, o da plastik cərrahdır. Leyla daha əvvəl onun yanına gedib. Həmin həkim hadisədən xəbər tutan kimi bizə dedi ki, Leylaya əməliyyat etdirmək olmazdı. Çünki çox zəif idi, 50 kilo çəkisi vardı, həm də psixi cəhətdən əməliyyatdan çox qorxurdu. Özü həmişə əməliyyatdan, qandan qorxub. Bəlkə də görüb yiyəsi yoxdur, ona görə razı olmayıb. Nə bilim, hər halda dedi ki, ona əməliyyat qəti olmazdı. Əməliyyat edilən yerdə bildirdilər ki, ayın 22-də saat 16-da əməliyyata alınıb, sonra palataya köçürülüb, amma dərhal da reanimasiyaya qaytarıblar. Orda başqa xəstə var idi, mənə dedi ki, Leyla palataya keçiriləndə çox ağır durumda olub, danışa-hərəkət edə bilmirmiş”.

Modelin anası iddia edib ki, sosial şəbəkələrdə müəyyən şəxslər qızların çox olduğu yerlərdə onlar barəsində xoşagəlməz fikirlər bildirərək qızlarda kompleks yaradır və onları əməliyyat etdirməyə təhrik edir. Leyla da məhz belə təhriklərin təsiri altına düşüb: “Mənim bildiyimə görə, xüsusi adamlar var və onlar həkimlərlə əlbir işləyir. Həmin şəxslər internetdə insanlara təzyiqlər göstərir, psixi təsir edərək müştəri toplayır və cavan qızları əməliyyat etdirməyə sövq edir”.

Tək qızını itirmiş ana deyir: “Leyla dünyaya gələndən 11 il sonra oğlum anadan oldu. Bəlkə də Allah bilib ki, hansısa iranlı gəlib mənə dağ vuracaq, gül kimi balamı aparacaq. Ona görə o uşağı verdi mənə. Leyla çox fərqli qız idi, həm də çox qorxaq idi. Oğlumu sünnət etdirmişdik, qardaşını uzaqdan görəndə üzünü çevirirdi, ona tərəf baxa bilmirdi. 15 gün qardaşına yaxın gedə bilmədi. Necə ola bilər ki, belə qorxaq qız əməliyyata gedərkən gülərək, arxayın formada şəkil çəkdirir? Deməli, Leylanı aldadıblar. O, bu əməliyyatı o qədər sadə bir şey bilib ki, heç kimə demədən arxayın gedib. Orda da 2 min manat pul alıblar Leyladan, amma çek verilməyib. O pulun çeki hardadır? Mən bununla bağlı müvafiq qurumlara da müraciət edəcəyəm. Mənim gül kimi qızımı məhv etdilər. O qədər gözəl idi ki... Nə qədər oğlanlar istəyirdi onu. Amma heç kimə meyl etmirdi. Özü də mənə demişdi. Heç kimi sevməmişdi indiyə kimi, nakam getdi. Ancaq işləmək istəyirdi, sosial həyatı sevirdi. ASAN Xidmətdə könüllü olmuşdu. Xarici dilləri öyrənirdi, üzməyə gedirdi, kompüter proqramlarını öyrənirdi. Vergilər Depertamentinin qəbul şöbəsində praktika keçmişdi. Ancaq gözəl geyinməyi, gözəl görünməyi, fotolar çəkdirməyi sevirdi”.

O da məlum oldu ki, Leylanı əməliyyat edən həkim onun yasına gəlməyib. Lakin qızın xəstəxanaya verdiyi pul ailəsinə geri qaytarılıb. Sevinc Alpman bildirib ki, xəstəxanada Leylanın qeydiyyata alınması, əməliyyatın görüntüləri, çek və sair kimi sənədlər onlardan gizlədilir və ümumiyyətlə olub-olmaması barədə məlumat yoxdur.

Model qızın ölümündə günahlandırılan iranlı həkim Siruz Qoçxani unikal.org-a açıqlamasında onun pioemboliya diaqnozundan dünyasını dəyişdiyini, vəfat etməsində bir rolunun olmadığını deyib: “Leyla başqa xəstəxanada analizlər vermişdi. Analizlərdə əməliyyat üçün hər hansı bir qaranlıq məqam qalmamışdı. İyunun 22-də 16:00-da əməliyyata alındı. Əməliyyat saat 18:00-da yekunlaşdı və palataya köçürüldü. Həmin gün axşam saat 19:30 radələrində onun vəziyyəti pisləşdiyi üçün reanimasiyaya köçürüldü. Orada da lazımı tibbi yardım göstərildi. Mən də həmin anda özümü xəstəxanaya çatdırmışam. Leyla pioemboliya (piy parçasının damarda tıxanıqlıq yaratması) diaqnozundan dünyasını dəyişdi. Mən ona dedim ki, “qızım, bu sənə lazım olan əməliyyat deyil”. Ancaq mənimlə razılaşmadı. Çox xahiş etdiyi üçün əməliyyatı etməli oldum. O, əməliyyatdan qabaq təəssüflər olsun ki, yaxınları ilə məsləhətləşməyib. Mən də onun yetkinlik yaşını nəzərə alıb, bu barədə sorğu sual aparmamışam. Bu cür xəstələrin 1-3 faizi dünyasını dəyşir. Əməliyyat öncəsi Leyla ilə söhbət aparıb müvafiq sənədləri imzalatmışıq”.

S.Qoçxani bu hadisədə günahı olmadığını və ölüm hadisəsi ilə bağlı prokuorluqda izahat verdiyini də deyib: “Bu cərrahi əməliyyatdır və hər zaman belə hallara hazır olmalıyıq. Təəssüflər olsun ki, Azərbaycan reallığında bu cür hadisələrdə həkimlər günahlandırılır”.

Qeyd edək ki, L.Oruclu 8-ci sinifədək Bülbül adına orta ixtisas musiqi məktəbində oxuyub. Daha sonra təhsilini 100 saylı orta məktəbdə davam etdirib. Maliyyə-iqtisad kollecini bitirəndən sonra model kimi şirkətlərdə çalışıb. O bu il ali təhsil almaq üçün Ukraynaya getməyi planlaşdırırmış.

Artıq ölüm faktı ilə bağlı Nərimanov rayon Prokurorluğunda cinayət işi açılıb, Leylanın yaxınları, eləcə də əməliyyatla bağlı adları hallanan həkimlər ifadə veriblər. /lent.az/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda 22 yaşlı model estetik əməliyyatdan sonra öldü

    Bakıda 22 yaşlı model estetik əməliyyatdan sonra ...

    26-06-2017, 10:45

  • 
  • 22 yaşlı Leylanın anası: "Alışmışdım qızımın olmasına, getdi..." - Fotolar

    22 yaşlı Leylanın anası: "Alışmışdım qızımın ...

    27-06-2017, 17:18

  • 
  • Model qızın ölümündə günahlandırılan həkim haqqında ilginc faktlar

    Model qızın ölümündə günahlandırılan həkim ...

    26-06-2017, 13:19

  • 
  • Model Leylanın ölümündə təqsirləndirilən həkimdən AÇIQLAMA: "Mənim günahım yoxdur"

    Model Leylanın ölümündə təqsirləndirilən həkimdən ...

    27-06-2017, 22:40

  • 
  • Bakıda modelin öldüyü klinikadan açıqlama: “Ölüm səbəbini dəqiq bilmək üçün…”

    Bakıda modelin öldüyü klinikadan açıqlama: “Ölüm ...

    1-07-2017, 09:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu