ABŞ polisi Nyu-Yorkda partlayıcı qurğu olduğu ehtimal edilən üçüncü qurğu aşkarlayıb.
APA-nın CNN telekanalına istinadən verdiyi məlumata görə, hazırda araşdırma aparılır.
Qeyd edək ki, Nyu-Yorkda dünən axşam partlayış baş verib. Partlayış əhalinin sıx olduğu Çelsi rayonunda, çoxlu sayda mağaza, restoran, bar, gey-klubların olduğu küçədə törədilib. Partlayış nəticəsində 29 nəfər yaralanıb, onlardan birinin durumu ağırdır. Təhqiqatçıların partlayışın öncədən planlaşdırılmış akt olduğunu bildiriblər. Araşdırma zamanı hadisə yerində ikinci şübhəli qurğu aşkarlanmışdı.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?