GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Tağı Əhmədovun ölkədə və xaricdə əmlakı açıqlandı

Tağı Əhmədovun ölkədə və xaricdə əmlakı açıqlandı

Tarix: 13-07-2017, 11:37 Bölmə :Kirminal Baxış: 316
Tağı Əhmədovun ölkədə və xaricdə əmlakı açıqlandı


Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam edir.

Gündəm Xəbər Virtualaz.org-a istinadən bildirir ki, iyulun 12-də keçirilmiş prosesdə təqsirləndirilən Akif Çovdarov zərərçəkmiş, Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun iddiası əsasında baxılmış epizod üzrə ifadə verib.

Həmin ifadəni qısa ixtisarlarla diqqətinizə çatdırırıq.

Metro stansiyalarına girişi kim bağladı

Möhtərəm hakim, mən yeddi il Tağı Əhmədovun birbaşa kuratoru olmuşam. MTN-də nəqliyyat sahəsinə başçılıq etdiyim və metro da nəqliyyatın bir növü olduğu üçün nəzarət funksiyasını həyata keçirmişəm. Həmin 7 il ərzində bu sahə üzrə bütün nazir və nazir müavinləri, idarə rəisləri ilə əlaqələrim var idi. Lakin Tağı ilə bir dəfə də olsun üz-üzə gəlməmişəm. Ona zəng də vurmamışam.

İdarəmiz yeni yaradılanda funksiyaları çoxşaxəli olduğundan, MTN rəhbərliyindən xahiş etdim ki, idarəyə bir neçə xidməti avtomobil ayrılsın. İdarəmiz neft kəmərlərinə də nəzarəti həyata keçirirdi və avtomobil çox lazım idi. Rəhbərlik göstəriş verdi ki, kuratoru olduğun idarələrə xəbər elə, sponsor yardımı kimi bacardıqları qədər avtomobil ayırsınlar. Nəqliyyat idarəsinin rəis müavini Rəsul Rəsulov Tağı Əhmədovla görüşündə bu xahişimizi ona çatdırmışdı. Tağı da demişdi ki, pulum yoxdur, uzağı 5 min manat verə bilərəm.

Möhtərəm hakim, siz keçən dəfə qaçırtdınız Tağını, mən ona elə suallar verəcəkdim ki, hər şeyi özü açıb danışacaqdı, imkan vermədiniz.

Həmin o maşın hadisəsindən sonra mən, ümumiyyətlə, Tağı adlı adamı tanımadım. Heç bir ünsiyyətimiz də olmadı.

Sonra Tağını işdən çıxardılar və Bakı Metropoliteninə yeni rəis təyin etdilər. Yeni rəis təyin olunmuş Zaur Hüseynov müavinləri ilə birlikdə nazirliyə gəldi ki, kuratorlarımızla tanış olaq.

Bunun üstündən hardasa 1 ay keçmişdi ki, mənə zəng etdilər. Bildirildi ki, camaat metro stansiyalarının qabağını kəsib. Hər stansiyanın qarşısına 500-1000 nəfər yığılıb. Zaur dedi ki, metroda mağazaları sökürəm, camaat üsyan edir. Sonradan polisin köməyi ilə stansiyalara yol açıldı. Məsələ ilə bağlı nazirə məruzə etdim. Yuxarı səviyyədə müzakirə edildikdən sonra mənə göstəriş verildi ki, baş verənləri araşdırım. Camaatın üsyan etməsinin səbəblərini araşdırmalı idim. Mağazaların sökülməsi belə reaksiya doğura bilməzdi, çünki hamısı icarədə idi, öz mağazaları deyildi.

İcarə haqlarını kim yığırmış?

Tağının özünün ifadəsində bildirdiyi kimi, metroda cəmi 1200 ticarət nöqtəsi var idi. İcarə oulları isə 3 ay əvvəldən yığılırmış. Yəni 3 ay əvvəldən pulunu verən oturub işləyirmiş. Çünki rəqabət həddən çox idi, hamı metroda yer götürmək istəyirdi. Hər bir ticarət nöqtəsinin aylıq haqqı isə 300 manatdan 1500 manata qədər idi – sahəsindən, yerindən, stansiyadan və başqa bu kimi amillərdən asılı olaraq qiymət dəyişirdi. 1 kvadrat metrlik dönər satışı nöqtəsi aylıq 200-250 dollar verirdi.
Hesabladıq ki, 3 aylıq icarı haqqı kimi camaatdan 4 milyon manata yaxın pul yığılıb. Camaatdan əvvəlcədən pul yığılıb, indi isə mağazaları sökülürdü. Bizə lazım idi ki, bu etiraz aksiyalarının təşkilatçılarını tapaq. Mənə tapşırıldı ki, bu məsələni araşdırım. Əməkdaşların apardığı araşdırmalardan sonra mənə təxminən 50 nəfər şikayətçinin ərizəsini gətirdilər. Hamı yazırdı ki, pulumu alıb qaytarmırlar. Bəzilərinin pulunun bir hissəsini qaytarıb, qalanını gözləməklərini istəmişdilər.

Tağının qardaşı oğlu Şövqi Əhmədov nazirliyə çağırılan kimi nə var idisə, açdı sandığı, tökdü pambığı. Olanların hamısını bir-bir danışdı. Bütün o mexanizm bizə aydın oldu. Deməli, bütün metropoliten 5 yerə bölünmüşdü. Qardaşı oğlu “Koroğlu” stansiyasından “Həzi Aslanov” stansiyasına qədər olan hissəyə nəzarət edirdi. Tağı Əhmədovun hakim işləyən oğlu Rauf Əhmədov bütün 1200 mağazanı öz uşaqlıq dost-tanışlarının adlarına rəsmiləşdirmişdi.

Tağı Əhmədovun sözlərinə görə, 1200 ticarət nöqtəsindən ildə dövlət büdcəsinə 1 milyon 200 min manat pul köçürülüb. Deməli, o boyda mağazaların aylıq haqqı büdcəyə köçürmələrə görə, cəmi 8 manat təşkil edir. Arada əmələ gələn fərq isə Rauf Əhmədova verilirdi. Orta hesabla hər mağazanın aylıq haqqını 800 dollardan götürsək, bu, ayda 1 milyon, illik isə 12 milyon dollar edirdi. Hələ biz ən aşağı qiymətlə hesablamışıq, əslində, rəqəm daha böyük idi. Yəni 2007-ci ildə həmin mağazalar Bakı Şəhər İcra Hakimiyyətinin balansından Bakı Metropoliteninin balansına keçdiyi vaxtdan qazanc 100 milyon dollara yaxın idi.

Bakıdan Moskvaya təcili zəng

Bu hadisələr baş verəndə Tağı Moskvada idi. Moskva Metropoliteninin rəisinin ad gününə getmişdi. Təbii ki, biz artıq onun telefonlarını dinləyirdik. Bakıdan Tağı Əhmədova zəng olundu. Deyildi ki, işin MTN-ə tapşırılıb, tez qayıt. Həmin o Tağı Əhmədovun “Petya” adlandırdığı adam zəng etmişdi. Tağıya telefonda deyildi, ki, bilirsən ki, MTN işə başladısa, səni tutacaqlar, gəl, camaatın pulunu qaytar. Tağı həmin gecə Bakıya qayıtdı.

Yuxarıda bizim təqdim etdiyimiz arayışa baxandan sonra dedilər ki, bu Tağı gündə gəlib ağlayır ki, metro pul qazana bilmir. Mənə tapşırıldı araşdırım ki, büdcədən gizlədilmiş cəmi vəsait nə qədər olub və bu pullar haradadır.

Metroda baş verən qaranlıq məsələlər

Təxminən bir aylıq işdən sonra məlum oldu ki, təkcə mağazaların aylıq haqlarından dövlətdən gizlədilmiş və hakim işləyən Rauf Əhmədova çatmış pulun məbləği 2008-2015-ci illər ərzində 100 milyon manatdan çoxdur.

Yadınıza gəlirsə, o vaxt metroya giriş jetonla idi. Araşdırdıq ki, həmin jeton qəbul edən turniketlərdə metropoliten rəhbərliyi elə sistem qurub ki, daxil edilən 4 jetondan yalnız 1-i qeydiyyata düşmür. Yəni gündəlik metrodan istifadə edənlərin 25%-nin pulu Tağı Əhmədovun cibinə gedir. Bu da ildə təxminən 4 milyon manat edir. Hər il də dövlətdən zərərlə işləyən qurum kimi dotaiya alırdı.

Yeni rəis təyin olunan Zaur Hüseynov deyirdi ki, metronun “Azərişığ”a 40 milyon manat borcu qalıb.

Digər məsələ yeni vaqonların gətirilməsi ilə bağlıdır. Hərəsi 1 milyon manata Moskvadan vaqonlar alındı. Əslində isə, Moskvada dəyişdirilmiş və yeniləri ilə əvəz edilmiş vaqonlar əsaslı təmir etdirilərək, yeni vaqon adı ilə Bakıya gətirilmişdi. Yalnız bu əməliyyatdan Tağı Əhmədov 10 milyon manat əldə etmişdi.

Vaqonların təmiri isə başqa məsələdir. Zaur Hüseynov vəzifəyə təyin olunan kimi Bakıda depoda təmir sexini bərpa etdi vəı vaqonlar bilavasitə Bakıda təmir olunmağa başladı. Bu vaxta kimi isə Tağı Əhmədov vaqonları təmir üçün Gürcüstana göndərirdi. Hər vaqonun təmirinə 120-150 min dollar pul köçürülürdü. Vaqonda isə təmir adı ilə rəngləmə və bəzi elektrik naqillərinin dəyişdirilməsi işləri aparılırdı. Zaur Hüseynovun sözlərinə görə, vaqonun ən baha təmiri uzağı 45 min manata başa gəlir. Gürcüstana göndərilən pullardan 70-80 min manatı hər dəfə geri qayıdırdı. Mən hələ yadımda qalanları deyirəm.

Təmir işinə Tağı Əhmədovun kiçik oğlu, hazırda Xarici İşlər Nazirliyində işləyən Ruslan Əhmədov baxırdı. Bütün lazım olan materiallar onun adına olan firmalara göndərilirdi. Bir sözlə, həmin 7 ildə təmirdən təxminən 100 milyon manat mənimsənilmişdi. Yadımda olan bu 7 il ərzində səthi yoxlama nəticəsində 200 milyon manatın mənimsənildiyi məlum oldu. Daha dərindən yoxlansaydı, bu rəqəm bir neçə dəfə arta bilərdi.

Mən bütün bu sözlərimin hər birinin altından imza çəkirəm. Əgər yalan deyirəmsə, ittihama 1-2 maddə də artırın, etiraz eləmirəm, amma bütün dediklərim olub.


Dubayda 3 mərtəbə, Taksimdə 2 mağaza...

Ofşorda qeydiyyatdan keçmişç 4-5 firma vasitəsilə Tağı Əhmədov 58 milyon dolları Dubaya çıxarmışdı. Orada tikilən 37 mərtəbəli otelin 3 mərtəbəsini oğlu Ruslanın adına almışdı. Əgər Tağının gediş-gəlişinə baxsanız, həmin dövrdə Dubaya o qədər gedib ki, elə bil Naxçıvana gedir.

Bundan başqa, Dubayda iki mağaza və bir restoran alınmışdı.

7 milyon dollara İstanbulun Taksim meydanında iki mağaza alıb icarəyə verib.

Daha 5 milyona Moskvanın “Tverskaya” metro stansiyasının yaxınlığında nağaza alaraq icarəyə verib. Bundan başqa, Rusiya paytaxtında daha 4-5 obyekt alınıb.

Bakıya gəlincə, Tağı Əhmədov “Sahil” metro stansiyasının üstündə 4 mənzil, “Yeni Həyat” yaşayış kompleksindı 4 mənzil, başqa ünvanlarda 4-5 ev alıb. Bir neçə restoranı var – bunlardan ən məşhurları “Kolizey” və “Şəhrizad”dır. Həmin “Kolizey” 2015-ci ildə 20 milyon manata satışa çıxarılmışdı.

“Gənclik” metro stansiyasının yaxınlığında 1200 kvadrat metrlik ev tikdirib, evin içində mini-ATS quraşdırılıb.

Bundan başqa, Tağı Əhmədovun Bakıda və Bakıətrafı kəndlərdə bir neçə mülkü və bağ evləri müəyyən edildi.

“28 May” metro stansiyasının yaxınlığında ən məşhur mağazalardan bir neçə Tağı Əhmədova məxsus idi. Bunların hamısının siyahısı məndə var.

Hakim işləyən oğlu Raufla bağlı apardığımız araşdırmalardan xəbər tutan Tağı Əhmədov Rəsul Rısulova demişdi ki, guya oğlunun başına torba salıb MTN-ə gətirmək istəyirik. Bunu eşidib dedim ki, yaxşıdır mənə 1 milyon manat verdiyini demir. Bax, məsələ bu cür olub. Sonra həmin o verilməmiş 1 milyon çevrilib 3 milyon oldu. Burada ifadəsində demədi, amma Rəsul Rəsulov mənimlə söhbətində bildirmişdi ki, Tağı adama heç 3 manat verməz, 3 milyon necə verəcəkdi?

Daha bir maraqlı məsələ ondan ibarətdir ki, mənə 3 milyon verdiyini deyən qohumu “SKA” stadionunun harada yerləşdiyini deyə bilmədi. Halbuki, guya o pulu mənə orada vermişdilər. İttiham aktında göstərilən və zərərçəkmişlərin burada dedikləri 986 nömrəsi ilə məndə heç vaxt maşın olmayıb – prokurorluq burada səhvə yol verib.

Tağı Əhmədov ərizəni niyə geri götürmədi?

Tağı Əhmədov ərizəsini geri götürmək istəyirdi. Bildirmişdi ki, bu yaşımda mənə belə söz-söhbət lazım deyil. Lakin buna imkan vermədilər və bunun öz tarixçəsi var.

Televiziya kanallarımızdan birində kriminal verilişində aeroport yolunda törədilmiş qəza barədə reportaj göstərilmişdi. Sonradan həmin reportaj tez-tələsik efirdən yığışdırıldı. Tağı Əhmədovun oğlu Rəsul maşınla adam vurub öldürmüşdü. Həmin qəzanı pulla kiminsə üstünə yazıb məsələni bağladılar. Lakin bu yaddan çıxmadı. Tağıya bildirdilər ki, ərizəsini geri götürsə, oğluna qarşı cinayət işi başlanacaq.

Təqsirləndirilən Akif Çovdarovun digər epizodlar üzrə ifadələrini virtualaz.org diqqətinizə çatdırmaqda davam edəcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tağı Əhmədovun oğlu istintaqa Akif Çovdarov haqda nə deyib – sensasion təfərrüat

    Tağı Əhmədovun oğlu istintaqa Akif Çovdarov haqda ...

    5-05-2016, 15:06

  • 
  • Akif Çovdarov danışmağa başlayır

    Akif Çovdarov danışmağa başlayır ...

    28-11-2016, 00:20

  • 
  • Akif Çovdarovun 4 işçisi həbs edildi

    Akif Çovdarovun 4 işçisi həbs edildi ...

    12-11-2015, 17:56

  • 
  • Akif Çovdarovun mavi kostyumlu tətilləri davam edir - MƏHKƏMƏDƏN

    Akif Çovdarovun mavi kostyumlu tətilləri davam ...

    8-05-2017, 20:18

  • 
  • "Qələt edir, pul görməmişəm" - Akif Çovdarov

    "Qələt edir, pul görməmişəm" - Akif ...

    3-07-2017, 17:47


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (279)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu