Bakı metrosunda gənc oğlan özünü qatarın altına atıb.
Hadisə bu gün saat 15 radələrində “Bakı Metropoliteni”nin “Ulduz” stansiyasında qeydə alınıb.
Belə ki, 20-25 yaşlarında gənc oğlan qatar gələn zaman özünü relslərin üzərinə atıb. Xoşbəxtlikdən qatarı dərhal saxlamaq mümkün olub. Xətdəki gərginlik kəsildikdən sonra sərnişin qatarın altından çıxarılıb.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev sayta bildirib ki, hadisə saat 15:50 radələrində baş verib: “1992-ci il təvəllüdlü Ələsgərli Tamerlan Rövşən oğlu özünü relslərin üzərinə altıb. Maşinistin sayıqlığı, operativliyi nəticəsində qatarı dərhal saxlamaq mümkün olub və vətəndaş sağ qalıb. O, hər hansı bir xəsarət almayıb. Tamerlan Ələsgərli polisə təhvil verilib. Qatarlarların hərəkət intervalında hər hansısa gecikmə yaranmayıb”./unikal.prg
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?