"Bu gün cəmi 20 dəqiqə "Tarqovu"da oldum. Bu 20 dəqiqə ərzində 3 qız ərəbə nömrəsini verirdi, biri qiymətdə razılığa gələ bilmirdi, biri də dodağının altında danışa-danışa ərəblərin yanından o yana gedir, bu yana gedirdi. Guya diqqət çəkməyə çalışırdı. Ərəblərin o qıza lağla gülməyi sadəcə utancverici idi".
Bu sözləri Azərbaycanın Əməkdar artisti Aybəniz Haşımovanın adı ilə bağlı olan "Bülbüllər" qrupunun solist Zülfü Əsədzadə bildirib. O, Bakının seks şəhərinə çevrilməsinə, şəhərin küçələrində fahişələrin açıq-aydın ərəblərlə "alver" etməsinə kəskin münasibət bildirib. Gənc ifaçı azərbaycanlı eskort qızların Türkiyədə də millətimizin adını biabır etdiklərini qeyd edib: "Təbii ki, o üzdəniraqlara qadın demək Azərbaycan xanımlarına qarşı təhqirdir, amma bu, onların azərbaycanlı olduğu gerçəyini də təəssüf ki, dəyişdirmir... Zatən İstanbulda azərbaycanlı eskortlar hər yerdə qabağımıza çıxıb bizləri yetərincə biabır edirdi, indikilər isə lap yerə soxur!" Qeyd edək ki, Türkiyədə təhsil alan Zülfü Əsədzadə "O ses Türkiye" yarışmasında çıxış edərək möhtəşəm performansı ilə yadda qalıb./Publika.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?