Türkiyə DİN rəhbəri: “Reyhanlıdaki partlayışlara aidiyyəti olan şəxslər Suriya xüsusi xidmət orqanları ilə əlaqəlidir” Türkiyənin daxili işlər naziri Müəmmər Gülər bəyan edib ki, Suriya sərhədi yaxınlığındakı Reyhanlı qəsəbəsində törədilmiş partlayışlara aidiyyəti olan şəxslər artıq müəyyən olunub..Nazir onların Suriya xüsusi xidmət orqanları ilə əlaqəli olduğunu qeyd edib. “Reyhanlı qəsəbəsində törədilmiş partlayışlara aidiyyəti olan şəxslər müəyyən olunub. Onların Suriya xüsusi xidmət orqanları ilə əlaqəsi var”, deyə Müəmmər Gülər qeyd edib.
Türkiyənin NTV telekanalı qeyd edir ki, xüsusi xidmət orqanlarının əməkdaşları partlayışlarla bağlı 5 nəfəri saxlayıb. Onlardan üçünün Suriya vətəndaşı olduğu qeyd olunur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?