3 yaşlı oğlu ilə yoxa çıxan 22 yaşlı anadan və oğlundan xəbər var.
Oğlu ilə evdən qaçan Xanım Quliyeva Xəzər TV ilə əlaqə saxlayaraq ailəsinin yanına geri qayıtmayacağını bildirib.
Gənc ana qeyd edib ki, itkin düşməyib və harada olduğu barədə ailəsi də məlumatlıdır:
“Mən itkin düşməmişəm. Ailəmlə də əlaqəm var. Onlar hər şeyi bilir. Çoxlu xoşagəlməz hallar olub. Mən artıq uşaq da deyiləm, özüm müstəqil yaşaya da bilərəm. Onların televiziyaya müraciət etməsində məqsəd mənim evə qayıtmağımdır. Amma mən o evə geri qayıtmayacam. Vəkilimlə də danışmışam. Boşanma ərəfəsindəyəm. Polis bu işi bilir. Oğlum da yanımdadır. Hazırda işləyirəm və ona baxıram. Ailəm bilir ki, mən itkin düşməmişəm. Onlarla və xalamla da əlaqə saxlamışam".
Qeyd edək ki, 22 yaşlı Xanım Quliyeva ailəsində yaşadığı problemə görə ata evinə qayıdıb. Daha sonra orada da problem yaşadığı üçün 3 yaşlı oğlunu da götürərək gedib. O, gedərkən özü ilə heç bir geyim və pul götürməyib./Axar.az
Sorğu
Yeni dizaynımız necədir?