Gəncə şəhər Kəpəz rayon məhkəməsinin qarşısında dava düşüb.
Övladları boşanan qudalar arasında yaranan mübahisə davaya çevrilib.
Nəticədə oğlanın atası qızın anasını döyüb. Xəsarət alan Gəncə şəhər sakini 1964-cü il təvəllüdlü Əzizova Mənzərə Ramazan qızı üz və baş nahiyəsindən müxtəlif dərəcəli xəsarətlər alıb. O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Həkimlər tərəfindən ona ilkin tibbi yardım göstərilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?