Bakıda keçmiş kürəkən qaynanasının evinə basqın edib.
Milli.Az-ın verdiyi xəbərə görə, hadisə Binəqədi rayonunda baş verib.
Bir müddət öncə arvadından boşanan, Sumqayıt şəhər sakini, 1985-ci il təvəllüdlü Rəfail Əliyev F.Şahbazov küçəsində yaşayan keçmiş qaynanası, 1975-ci il təvəllüdlü Yasəmən Əhmədovanın evinə basqın edib. R.Əliyev evə daxil olaraq qapını sındırıb, qaynanasını döyüb. Sonra isə ailə üzvlərini söyüb təhqir edərək onları öldürəcəyini deyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?