Bu gün həbs olunan “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Çingiz Cəlilovun cinayət işi ilə əlaqədar son günlər baş vermiş əməliyyatların təfərrüatları məlum olub. Hələ keçən ay Cəlilovun sahibi olduğu "Çudo peçka" dükanlar şəbəkəsinə daxil olan bütün iaşə obyektləri vergi borclarına görə möhürlənərək bağlanıb.
Bundan sonra Cəlilovun adına olan bağ evləri və Bakıda yerləşən yaşayış evləri müsadirə olunaraq, onun əlindən alınıb.
Müsadirə olunan daşınmaz əmlaklar arasında iş adamının keçmiş gəlini, əməkdar artist Röya Ayxana hədiyyə etdiyi Nabrandakı bağ evi də yer alıb./big.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?