Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxtın Nəsimi rayonu ərazisində şəhər sakini Tural Baysaldan 945,59 qram marixuana götürülüb. Paralel olaraq Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əmrulla Aslanova məxsus həyətyanı sahəyə baxış zamanı oradan 145 qram marixuana və kultivasiya yolu ilə yetişdirilən 4 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Sorğu
Yeni dizaynımız necədir?