Çinin Yünnan əyalətində Yanq Çinqpey adlı şəxs borc pul vermədikləri üçün valideynlərini bel vasitəsilə vəhşicəsinə qətlə yetirib.
Törətdiyi cinayətdən şoka düşən Yanq aralarında 4-ü azyaşlı olmaqla, 17 qonşusunu da öldürüb. Məhkəmə Y.Çinqpeyi qəsdən adam öldürmək maddəsilə edama məhkum edib. Verilən cəzaya etiraz etməyən Yanq apelyasiya məhkəməsinə də müraciət etməyəcək. Qeyd edək ki, Yanq keçən ilin 28 sentyabr tarixində onun borc pul istəyini rədd edən valideynlərini öldürdüyünü etiraf etmişdi. O, cinayətinin üstünün açılmasından qorxaraq hadisəyə şahidlik edən 17 qonşusunu da qətlə yetirdiyini demişdi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?