Hacıqabul rayonunda 6 nəfərin ölümü ilə nəticələnən hadisənin baş verdiyi yerdən fotolar yayılıb.
Fotolar sosial şəbəkələrdə paylaşılıb.
Qeyd edək ki, 1971-ci il təvəllüdlü, Hacıqabul şəhər sakini Mübariz Qibləli oğlu Mehdiyevlə Qəmbərovlar ailəsi arasında mübahisə Rusiya Federasiyasından başlayıb. Bir neçə gün bundan əvvəl Rusiyadan qayıdan M.Mehdiyev Qəmbərovlar ailəsinin yaşadığı evə basqın edərək odlu silahla 4 nəfəri öldürüb 1 nəfəri isə yaralayıb. M.Mehdiyev polis tərəfindən mühasirəyə alınıb və öldürülərək zərərsizləşdirilib.
Silahlı basqın nəticəsində ölən şəxslər bunlardır:
1988-ci il təvəllüdlü Namiq Nazim oğlu Qəmbərov;
1953-cü il təvəllüdlü Nazim Əliağa oğlu Qəmbərov;
1962-ci il təvəllüdlü Gülbağda Eynulla qızı Qəmbərova;
1958-ci il təvəllüdlü Bibilər Malik qızı Qəmbərova;
1971-ci il təvəllüdlü Mübariz Qibləli oğlu Mehdiyev (evə silahlı basqın edən şəxs).
Yaralanan:
1947-ci il təvəllüdlü Məmməd Əliağa oğlu Qəmbərov./qafqazinfo
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?