18:31 Moskva vilayət məhkəməsində baş verən silahlı insidentin təfərrüatları məlum olub.
Gündəm Xəbər-in APA-ya istinadən verdiyi məlumata görə, hadisə Moskva vilayətində çoxsaylı cinayətlərdə ittiham olunan "GTA dəstəsi" adı altında fəaliyyət göstərən cinayətkar dəstənin məhkəməsi zamanı baş verib.
Cinayətkar dəstənin beş nəfər üzvünü gətirən konvoya liftdə hücum olub. Məhkəmə binasının dördüncü mərtəbəsində lift dayanıb. Bundan istifadə edən dəstə üzvləri konvoyun üzərindəki silahları götürərək, onlara ağır bədən xəsarətləri yetiriblər.
Lakin məhkəmə binasında olan "Rosqvardiya"nın əməkdaşları bunun qarşısını alıblar. Dəstə üzvləri ilə "Rosqvardiya" əməkdaşları arasında atışma baş verib. Nəticədə cinayətkar dəstənin 3 üzvü hadisə yerində öldürülüb, digər iki nəfər isə zərərsizləşdirilib.
Atışma zamanı "Rosqvardiya"nın əməkdaşı da yaralanıb. O, xəstəxanaya yerləşdirilib. Hadisə nəticəsində bir polis əməkdaşı müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı Rusiya İstintaq Komitəsi tərəfindən Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə cinayət işi açılıb, araşdırma aparılır. Komitənin rəsmi nümayəndəsi Svetlana Petrenko hadisənin "GTA dəstəsi" tərəfindən törədildiyini təsdiqləyib. Onun sözlərinə görə, dəstə üzvləri məhkəmədən qaçmağa cəhd edərkən məhv edilib.
Qeyd edək ki, "GTA dəstəsi" adlı cinayətkar dəstənin üzvləri Moskva vilayəti ərazisində müxtəlif ağır cinayətlərdə ittiham olunur. Onlar 17 nəfərin qətlində və digər ağır cinayətlərdə ittiham olunur.
---------
17:18
Rusiya İstintaq Komitəsinin verdiyi son məlumata görə, atışma nəticəsində Rusiya qvardiyasının bir əməkdaşı yaralanıb.
Üç cinayətkar öldürülüb, ikisi ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Gündəm Xəbər Trend-ə istinadən bildirir ki, komitənin verdiyi məlumatda iki müşayiətçinin çoxsaylı xəsarətlər aldığı, onlardan birinin xəstəxanaya yerləşdirildiyi bildirilib.
Hazırda müşayiətçilərdən biri polisə ifadə verir.
-----------
16:22
Moskva vilayət məhkəməsində atışma baş verib.
Atışma məhkəmədə cinayət qruplaşmasının işi gedərkən başlayıb.
Moskva vilayətində məhkəmə zamanı baş vermiş atışma zamanı cinayətkar qruplaşmanın 4 üzvü zərərsizləşdirilib.
Son məlumata görə, təqsirləndirilən şəxslərdən biri onları müşayiət edən mühafizəçidən silahı alaraq atəş açmağa başlayıb.
Vəkillərdən birinin sözlərinə görə, 20-yə yaxın atəş səsi eşidilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?