Lənkəranda 6 günlük Mələyin nənəsi tərəfindən öldürülməsi hadisəsi ilə bağlı yeni faktlar üzə çıxıb.
4 il əvvəl qız övladı dünyaya gələn Vəliyə Nurullayeva daha sonra bətnindəki körpələrin cinsiyyəti məlum olan kimi onları abort etdirib. Bəlli olub ki, V.Nurullayeva ilk övladı dünyaya gələndən sonra hamilə olduğu 4 qızı ailə üzvlərinin təkidi ilə abort etdirib. Sonuncu hamiləlikdə isə həkimlər ona nəticələri gec deyib və abortu məsləhət bilməyiblər. Bu səbəbdən də Mələk normal hamiləliyin yekununda dünyaya gəlib və anadan olandan 6 gün sonra nənəsi Atifə Nurullayeva tərəfindən öldürülərək quyuya atılıb.
Cinayətin körpənin nənəsi, həm də evin gəlini olan Vəliyənin xalası olan Atifə Nurullayeva tərəfindən törədilməsi ilə bağlı şübhələr isə hadisə ilə bağlı məlumat ictimailəşən gündən əsas istiqamətə çevrilib. Hüuq-mühafizə orqanlarının rəhbərliklərinin xüsusi nəzarətində olan cinayətin üstünün açılması ilə bağlı körpənin atası Şaiq Nurullayev və nənəsi Atifə Nurullayeva saxlanılıb. Onlar iki gün polis şöbəsində saxlanılıblar və nəhayət, A.Nurullayeva onunla aparılan söhbətlərin nəticəsində törətdiyi əməli etiraf edib.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının ətraflı məlumat yayacağı gözlənilir.
Qeyd edək ki, ilkin məlumatda körpənin anası övladının səhər saatlarında oğurlandığını bildirib. Yuxudan oyanan qadın körpəni görmədiyindən yaxınlarını xəbərdar edib, ailə üzvləri bu barədə polisə məlumat veriblər. Hadisə zamanı evdə qaynana və körpənin atası da olub. Daha sonra körpənin cəsədi həyətdəki quyuda aşkar edilib./lent.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?