GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Lənkəranda quyuya atılan 6 günlük körpənin dramı - qan donduran qətlin yeni detalları

Lənkəranda quyuya atılan 6 günlük körpənin dramı - qan donduran qətlin yeni detalları

Tarix: 1-08-2017, 10:55 Bölmə :Kirminal Baxış: 530
Lənkəranda quyuya atılan 6 günlük körpənin dramı - qan donduran qətlin yeni detalları


Qatilin kimliyi bilinməsə də, şübhələr ən yaxın qohumların üzərinə gəlir: “Hadisəni kənar şəxslər törətməyiblər...”; DİN rəsmi açıqlama yaydı; hüquq müdafiəçiləri deyir ki...


İyulun 30-da Lənkəranın Darquba kəndində körpə ölümü hadisəsi baş verib. 6 günün körpəsi olan Nurullayeva Mələk Şaiq qızının meyiti su quyusundan tapılıb.
Həyətdəki su quyusuna atılan körpənin hadisə baş verən günü doğumunun 6-cı günü münasibətilə şadlıq məclisi olmalı imiş. Bu münasibətlə Bakıda yaşayan ailə üzvləri Lənkərandakı evlərinə gəliblər. Yayılan məlumatlara görə, hadisə baş verən gecə evdə öldürülən körpənin atası Nuriyev Şaiq Muxtar oğlu, həyat yoldaşı Nuriyeva Valiyə İsfəndiyar qızı, körpənin nənəsi Atifə Nuriyeva və 10-a yaxın digər yaxın qohumlar olub. 6 günlük körpəsini yedizdirən ana 2 saat sonra yuxudan ayılanda körpəni yerində tapmayıb. Təşvişə düşən ailə üzvləri körpəni həyətdəki quyunun içindən tapıblar.

Körpəni quyuda axtarmaq atanın ağlına gəldiyi üçün ictimaiyyətdə hadisəni də məhz onun törətməsi ilə bağlı fikirlər yayılıb. 6 günlük körpə ailədə 4 ildən sonra dünyaya gələn ikinci qız övladıdır və ilkin ehtimallara görə, məhz hadisənin də motivində bu nüans dayana bilər.

Məsələ ilə bağlı Lənkəran Şəhər Polis Şöbəsi ilə əlaqə saxladıq. Polis şöbəsindən “Yeni Müsavat”a bildirdilər ki, hələ ki araşdırma aparılır: “Hadisənin kim tərəfindən törədilməsi məlum deyil. Ona görə də atanın adını hallandıranlar doğru etmirlər. Çünki iş yekunlaşmayıb. Tərəfimizdən hüquqa müvafiq addımlar atılıb. Araşdırmadan sonra geniş məlumat veriləcək”.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) də məlumat yayıb. Məlumatda bildirilir ki, iyulun 30-da saat 6.03 radələrində Lənkəran rayonunun Darquba kənd sakini Şaiq Nuriyev DİN-in “102 Zəng Mərkəzi” nə zəng edərək yaşadığı evdə uşaq arabasında olan 5 günlük qızının yoxa çıxdığını bildirib: “Həmin gün saat 6.31 radələrində Ş. Nuriyev təkrarən zəng edərək uşağın meyitinin həyətindəki su quyusunda olmasını bildirib. Hadisə yerinə gələn Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən uşağın meyiti su quyusundan çıxarılıb. Faktla əlaqədar cinayət işi başlanılıb. Lənkəran ŞRPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır”.
Hadisədən sonra Lənkəran Rayon Mərkəzi Xəstəxanasından aznews.az saytına verilən açıqlamadan məlum olur ki, ailə daha öncə qız övladlarının dünyaya gəlməsini istəməyib. Xəstəxanadan bildirilib: “1989-cu il təvəllüdlü, Darquba kənd sakini Valiyə Rzayeva İsfəndiyar qızı iyulun 25-də doğum şöbəsinə daxil olub. Keysəriyyə yolu ilə onun ikinci uşağı dünyaya gəlib. Bu, Valiyənin 4-cü hamiləliyi idi. Birinci qızı doğulandan sonra iki uşaq abort etdirib. Onlar da qız olub. 4-cü dünyaya gələn qız uşağının çəkisi 4 kilo 300 qram idi. Özü də çox sağlam idi. Biz əhvalatı bu gün eşitmişik və baş verənlərdən dəhşətə gəlmişik”.

Xəstəxanadan verilən məlumata görə, Valiyə Rzayeva 2 gün doğum şöbəsində müalicə olunub: “Burada qaldığı müddətdə daima evlərindən onun yanına gəlib-gedən olub. Ailənin diqqətində olub. Yəni belə bir diqqətdən sonra ailə necə qız uşağını qəbul etməz?”, - deyə xəstəxanadan bildirilib.

Hadisə hüquq müdafiəçilərini də şoka salıb və onlar, cinayəti törədən şəxsə ən ağır cəzanın verilməsini istəyirlər. Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirdi ki, hadisəni kənar şəxslər törətməyiblər: “Hadisədən şok keçirmişəm və əlbəttə ki, bunu kənar şəxslər törətməyiblər. Artıq istintaq gedir, ifadələr alınır. Biz dəfələrlə uşaqlara olan münasibət, onlar arasında ayrı-seçkiliyin qoyulmasını hər zaman diqqətə çəkirik.
Çox güman ki, burada ikinci qız övladının dünyaya gəlməsi məsələsi var. Düşünürəm ki, qətl hadisəsi ailə tərəfindin bilərəkdən törədilib. Yəni uşağı heç kim oğurlamayıb. Sadəcə olaraq, əşya kimi götürüb, quyuya atıblar. Bu insanlar cəzalarını almalıdırlar. İstər ana, istər ata və yaxud da qeyrisi. Uşağa qarşı olan hər hansı bir zorakılıq faktı, cinayət halı dərhal qiymətləndirilməlidir. Demək olmaz ki, ölkədə bu cür hadisələrə aid nümunələr çoxdur. Məsələ ondadır ki, Azərbaycanın ailə modelində uşağa hər zaman önəm veriblər. İndi isə ailə modelində qəribə bir çatlama gedir. Düşünürəm ki, bu istiqamətdə uşaqlara diqqəti artırmaqla ciddi addımlar atılmalıdır. Məsələn, ailə modelinin normal formalaşması üçün daim gənc ailələrlə iş aparılmalıdır. Eyni zamanda uşaqların arasında ayrı-seçkilik qoyulmamalı, qadınlara qarşı zorakılığın qarşısı alınmalıdır. Bu cür münaqişələrin cənub bölgəsində çox olduğunu söyləmək olmaz. Hər regionun özünün mentallığı, dəyərləri var. Ola bilər ki, buna görə də haradasa hadisəni gizlədirlər, digərində isə daha çox yayılır”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da “Yeni Müsavat”a hadisə ilə bağlı danışarkən bildirdi ki, bu cür cinayətlər zamanı cəza verilən məqamda mənəvi cinayətlər də nəzərə alınmalıdır: “Ananın övladını oğurlamaq, onu quyuya atmaq, nəticədə anaya dəyən sarsıntı və digər bu kimi məqamlar da hesablanmalıdır.

Adətən, biz, sadəcə olaraq, əksər vaxt Cinayət Məcəlləsindəki maddələrlə hərəkət edib, cəzalar veririk. Ancaq sadaladığım nüanslar nəzərə alınmalıdır. Ölkədə qız uşağına qarşı münasibəti bu cür sərgiləyən insanlara qarşı bir fərqli cəza tətbiq edilməlidir ki, belə münasibət dəyişsin. Düşünürəm ki, artıq o qədər mənəvi cinayətlər baş verir ki, bununla bağlı da qanunvericilik orqanları düşünməli və təkliflər hazırlamalıdır ki, belə hadisələrin qarşısını alacaq cəza tədbirləri olsun. Burada iki cinayət var. Birincisi, yeni dünyaya gələn qız uşağının öldürülməsi, ikincisi də anaya verilən mənəvi əzab və ümumən ölkədə bu cür hərəkəti gündəmə gətirmək. Ona görə də cəzanı elə vermək lazımdır ki, hamıya görk olsun. İndiyə qədər daha çox ana bətnində qız uşaqlarının abortuna rast gəlirdik ki, bu da eyni cinayət tərkibli haldır. İndi nisbətən selektiv abortların qarşısı alınıb və tədbirlər görülür. Ancaq görürük ki, artıq başqa formalar da ortaya çıxır. Bu səbəbdən də elə bir cəza tədbiri olmalıdır ki, qız uşaqlarına qarşı bu cür cinayətlərin törədilməsinin qarşısı alınsın. Bunun qarşısını ictimai qınaq və cəza ilə almasaq, digərləri də düşünəcəklər ki, cəzasızlıq var və qız uşaqlarına qarşı belə hərəkəti etmək mümkündür. Mahiyyətcə bunun alt təsiri daha gərgin məsələdir. Ona görə də düşünürəm ki, hadisəni törədənə çox ciddi cəza verilməli və ictimaiyyətdə də ciddi qınaq olmalıdır”.

Bəs hazırkı qanunvericiliyə görə, körpənin qatilini nə gözləyir? Vəkil Əsabəli Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, hadisə ilk baxışdan qəsdən adam öldürmədir: “Körpə, hətta ana bətnində olan uşağın da öldürülməsi insanın qətli kimi qiymətləndirilir. Körpə uşağın öldürülməsində ağırlaşdırıcı hallar da nəzərə alına bilər. Bunu istintaq göstərəcək. İlkin görünüşdə belədir ki, köməksiz vəziyyətdə olan insan öldürülüb.
Bundan əlavə, digər ağırlaşdırıcı hallar da ola bilər. Cinayətin motivindən asılı olaraq cəza bəlli olacaq. Güman edirəm ki, həmin şəxsə çox ağır cəza veriləcək. Əlbəttə ki, burada qəsd göz qabağındadır. Ona görə də hadisənin ehtiyatsızlıqdan baş verməsindən söhbət gedə bilməz. Sadəcə olaraq, motiv bilinmədiyi üçün cəzanı da konkret söyləmək olmur. Ağırlaşdırıcı hal var və bu da nəzərə alınacaq”.

Yazı çapa gedərkən 6 günlük körpənin öldürüldüyü ilə bağlı daha bir versiyanın üzə çıxdığı məlum olub. Belə ki, “Report”un verdiyi xəbərə görə, Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsində aparılan ekspertiza zamanı ölən körpənin bədənində qıyıq (iri iynə, yorğan iynəsi) və sancaq dəlikləri müşahidə olunub. Körpənin bədənində, döş qəfəsinin sol nahiyəsində daxilə nüfuz edən tikiş iynəsi aşkar edilərək çıxarılıb. Bu barədə Darquba kənd sakinlərindən adının açıqlanmasını istəməyən şəxs bildirib.

Fakt polis əməkdaşları tərəfindən də təkzib olunmayıb. Hazırda hüquq-mühafizə orqanları bir neçə versiya üzrə araşdırmaları davam etdirir. O da bildirilir ki, bu ailədə əvvəllər də anormal hadisələr baş verib, körpənin atası Nurullayev Şaiq Muxtar oğlunun gözünə hansısa məxluqlar görünüb. Onun psixi durumunun tam yerində olmadığı bildirilir.

Bir daha xatırladaq ki, qan donduran hadisə 29 iyul tarixində Lənkəran rayonunun Darquba kəndində Nurullayevlər ailəsində baş verib. 6 günlük körpənin anası Valiyə Nurullayeva səhər vaxtı yuxudan ayılanda körpəsinin beşikdə olmadığını görüb. Həyat yoldaşı Şaiq Muxtarov körpənin oğurlanması ilə bağlı polis şöbəsinə məlumat verib. Uşağın yoxa çıxdığı müddətdə evdə ata-anadan başqa gəlini ilə bir otaqda yatan nənə Arifə Nurullayeva və uşağın altıaxşam şənlik məclisi üçün Bakıdan gələn daha bir neçə yaxın qohum olub. Hadisə yerinin müayinəsi zamanı ölmüş körpənin meyiti həyətdəki üstü bağlı 5 metrlik quyuda aşkar edilib./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Quyuya atılan 6 günlük körpə ilə bağlı bəzi TƏFƏRRÜAT

    Quyuya atılan 6 günlük körpə ilə bağlı bəzi ...

    30-07-2017, 14:37

  • 
  • 6 günlük körpəni oğurlayıb su quyusuna atdılar - Lənkəranda dəhşət

    6 günlük körpəni oğurlayıb su quyusuna atdılar - ...

    30-07-2017, 11:55

  • 
  • Tualetə atılan yeni dogulan körpə borudan çıxarıldı! ŞOK VİDEO

    Tualetə atılan yeni dogulan körpə borudan ...

    28-05-2013, 23:40

  • 
  • Azərbaycanlı körpənin meyiti Təbrizdə pula görə girov qalıb

    Azərbaycanlı körpənin meyiti Təbrizdə pula görə ...

    23-09-2013, 11:07

  • 
  • Şəkidə 5 günlük körpə öldü: günahkar kimdir?

    Şəkidə 5 günlük körpə öldü: günahkar kimdir? ...

    7-01-2014, 14:33


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu