Bakı Apellyasiya Məhkəməsində "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda silsilə terror aktı həyata keçirməyi planlaşdırmaqda təqsirləndirilən Samir Sanıyev və digərlərindən ibarət dəstənin üzvü olmuş Rəşadət Ağayevin apellyasiya şikayətinə baxılıb.
Məhkəmə şikayəti təmin etməyib.
Qeyd edək ki, R.Ağayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan R.Ağayev apellyasiya şikayəti verib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Sanıyev və daha iki nəfər ömürlük, digər şəxslər isə 9 ildən 15 ilədək müddətinə azadlıqdan məhrum ediliblər.
Onlar həbs edilən zaman R. Ağayev axtarışda olub. Dəstə üzvləri mahnı yarışması zamanı Azərbaycanda prezidentə qarşı terror aktı planlaşdırmaqda ittiham olunublar./APA
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?