Bakıda Dövlət Yol Polisi İdarəsinə məxsus 6 saylı cərimə meydançasında yanğın olub.
Gündəm Xəbər APA-ya istinadən xəbər verir ki, meydançada saxlanılan, "Chevrolet" markalı, 10 PK 486 dövlət nömrə nişanlı avtomobil yanıb. Yanğın nəticəsində həmin avtomobilin yaxınlığında olan "Ford" və "Toyota" markalı maşınlara da ziyan dəyib. Yanğın söndürülüb. Faktla bağlı araşdırma aparılır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?