Diyarbəkirdə 5 il əvvəl 37 yaşlı fiziki əngəlli qadını zorlayan 19 yaşlı şübhəlini qolundan açılıb düşən saatdan götürülən DNT nümunəsi ələ verib.
2012-ci ildə 37 yaşlı fiziki qüsurlu qadını zorladıqdan sonra hadisə yerindən qaçarkən qolundan açılıb düşən qol saatında aprılan test nümunəsindən sonra şəxsiyyəti təsbit edilərək 4 il sonra tutulan 19 yaşlı Berat Eşsiz 25 il azadlıqdan məhrum edilib.
Ailəsi ilə yaşayan və uşaqkən yalnış iynə nəticəsində ayaqları tutulan 37 yaşlı D.Y., 2012-ci ilin 24 may günü saat 21:00 radələrində evlərinə girən şəxsiyyəti naməlum adam tərəfindən zorlanıb. Olay sonrası deyilən ünvana gələn polislər evin hasarının yanında qol saatı tapıb. DNT analizi sonrası, 2016-cı ilin 13 oktyabr tarixində şübhəli Berat Eşsiz həbs edilib.
İfadəsi alınan zərərçəkmiş D.Y. yaşadıqlarını belə izah edib: "Ailəm xəstə ziyarətinə getmişdi. Yatmaq istəyirdim ki, qaranlıqda bir nəfər kürəyimdən tutdu. Əlindəki bıçağı kürəyimə batırıb, tərpənməyimə icazə vermirdi. Zorla mənlə əlaqədə oldu. Əllərini dişləməyə çalışdım. Əli çox sərt idi və dişlərim qırıldı. 3 ay diş müalicəsi gördüm. Heç nə yeyə bilmədim. O an qışqırdım, amma eşidən olmadı. Sonra çıxıb getdi. 4 ildir bu hadisənin təsiriylə yata bilmirəm. Qulağımı dişlədiyi üçün 3 ay qulağımda yara qaldı".
Həbs edilən Berat Eşsiz ifadəsində iz buraxmamaq üçün əlinə qalın əlcək taxdığını qeyd edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?