GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Eldar Mahmudovu Nardaranda saxlayan səbəb nədir?

Eldar Mahmudovu Nardaranda saxlayan səbəb nədir?

Tarix: 23-08-2017, 13:00 Bölmə :Kirminal Baxış: 352
Eldar Mahmudovu Nardaranda saxlayan səbəb nədir?


“MTN işi” yekunlaşır, bütün suallara cavab verməli olan sabiq nazir isə ortaya çıxarılmır

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şefi Eldar Mahmudovun rəhbərliyi altında 11 il fəaliyyət göstərən, hazırda ən müxtəlif ağır cinayətlərin törədilməsi ittihamı ilə məhkəmə qarşısına çıxarılan generallarının, şöbə rəislərinin və istintaqçıların işləri üzrə məhkəmə prosesləri yekunlaşmaq üzrədir. Gözlənilənlərin əksinə olaraq, baş tutan məhkəmə proseslərində ortaya çıxan yeni faktlar üzrə araşdırmalar aparılmır, müvafiq olaraq həbslər də gerçəkləşmir.

Hazırda Sabunçu Rayon Məhkəməsində “MTN işi” üzrə 2 dəstənin işinə dair proses keçirilir. MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, onunla birlikdə həbs edilən 4 MTN əməkdaşının və digər dəstənin - MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesləri sona çatmaq üzrədir. Prosesləri izləyənlər ümumilikdə təqsirləndirilənlərə qarşı loyallıq olduğunu hiss edirlər. Belə görünür ki, Eldar Mahmudov vəzifədən çıxarılandan sonra dövriyyəyə buraxılan “baş nazir gətirilir” iddiası da əbəs deyilmiş. Bu yolla sabiq nazir özünə qarşı hücumları dəf etməyə, yenidən vəzifəyə qayıdacağı mesajını ona düşmən mövqedə dayananlara çatdırmaq, özünü mümkün hücumlardan sığortalamaq istəyib. Hazırda Eldar Mahmudovun statusu da bilinmir. Onun təqsirləndirilən şəxs, heç yerə getməmək haqda iltizam vermiş şəxs, girov müqabilində istintaqdan kənarda qalmış şəxs olub-olmaması haqda bilgi yoxdur.

Bilinən odur ki, E.Mahmudov vəzifəsindən çıxarılandan sonra yaşayış ünvanını Badamdar qəsəbəsindəki imarətindən Nardaran qəsəbəsi ərazisindəki xüsusi iqamətgahına dəyişib. Qeyd edək ki, 2015-ci il oktyabrın 17-də Eldar Mahmudov vəzifəsindən çıxarılandan 1 ay 1 həftə sonra Nardaranda genişmiqyaslı əməliyyat həyata keçirilib. Əməliyyat zamanı bir neçə yerli sakin öldürülüb, ümumilikdə 45 qəsəbə sakini həbs edilib. Qəsəbə 2015-ci ilin noyabrından bu günə qədər nəzarət altındadır. Mahmudovun nəzarət altında olan qəsəbədəki iqamətgahını yaşayış yeri kimi seçməsi də bu baxımdan təsadüfi deyil. Onun Badamdardan savayı respublikanın bir çox səfalı yerlərində belə imarətlərinin olması haqda xəbərlər var. Bu halda E.Mahmudovun niyə məhz nəzarət altında olan Nardaran qəsəbəsini özünə yaşayış yeri seçməsi təsadüfi görünmür. Mümkündür ki, onun məhz Nardaranda məskunlaşması özünün istəyi ilə olmayıb.

Qəsəbənin xüsusi nəzarət altında saxlanması sabiq nazirin hərəkət trayektoriyasına nəzarəti yüngülləşdirməsi baxımından əlverişlidir. Digər tərəfdən isə olduqca məxfi sirlər daşıyıcısı olan E.Mahmudovun təhlükəsizliyinin təmin edilməsi üçün geniş imkanlar yaradır. Bu baxımdan, sabiq nazirin yaşamaq üçün Nardarana getməsini təsadüfi hesab etmək olmaz. Mümkündür ki, onu nəzarət altında olan kəndə göndəriblər. Eldar Mahmudovun 11 illik nazirliyi dövründə qanuni-qanunsuz fəaliyyəti ilə əlaqəli onun düşmənlərinin siyahısı da uzundur. İş adamları, müxtəlif vəzifə sahibləri ilə yanaşı, xarici dövlətlərin xüsusi xidmət orqanları da sabiq nazirlə haqq-hesab çəkmək üçün məqam axtarırlar. E.Mahmudov kreslosunun verdiyi imkanlardan istifadə etməklə, xüsusi dinləmə avadanlıqları vasitəsilə bir çox qüdrətli dövlət məmurlarının, onların ətrafındakı iri iş adamlarının şəxsi informasiyalarına çıxış əldə edib. Bir çoxlarının illərlə talanla, bəzi iş adamlarının isə alın təri ilə topladığı mal-varlarını qısa müddətdə əllərindən alıb. Malını bu şəkildə itirmişlərin qisası isə ağır olur. Odur ki, hərənin sabiq nazirlə haqq-hesab çəkmək üçün bir səbəbi var. Bu baxımdan, istisna deyil ki, sabiq nazirə qarşı mümkün hücumların qarşısını almaq üçün onun Nardarandakı iqamətgahında qalmasına razılıq veriblər.

Hazırda yekunlaşmaqda olan proseslərdə ara-sıra Eldar Mahmudovun adı çəkilir, zərərçəkənlər onun da prosesə cəlb olunmasını, dindirilməsini, həbsini tələb edirlər. Onların bu tələbi isə eşidilmir. Baş prokurorun ötən ilin oktyabrında söylədiyi “İstintaqın nəticəsində hansı şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdırlarsa, onlar da məsuliyyətdən kənarda qalmayacaq” fikrinə rəğmən sabiq nazirin statusu belə bu gün bilinmir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Akif Çovdarov danışmağa başlayır

    Akif Çovdarov danışmağa başlayır ...

    28-11-2016, 00:20

  • 
  • Akif Çovdarovun 4 işçisi həbs edildi

    Akif Çovdarovun 4 işçisi həbs edildi ...

    12-11-2015, 17:56

  • 
  • "Qələt edir, pul görməmişəm" - Akif Çovdarov

    "Qələt edir, pul görməmişəm" - Akif ...

    3-07-2017, 17:47

  • 
  • Eldar Mahmudovun "sağ əli" və daha 4 məmur MTN-dən çıxarıldılar

    Eldar Mahmudovun "sağ əli" və daha 4 ...

    24-10-2015, 19:15

  • 
  • MTN Antiterror Mərkəzinin sabiq rəis müavini apellyasiya şikayəti verdi

    MTN Antiterror Mərkəzinin sabiq rəis müavini ...

    23-10-2015, 21:03


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (374)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu