Bakı şəhər sakini F.Qədimova hədə-qorxu gəlib pulunu almaqda şübhəli bilinən şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 12-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 21-də Bakı şəhər sakini Fazil Qədimova hədə-qorxu gəlib 300 manat pulunu almaqda şübhəli bilinən paytaxt sakinləri Elvin Xudazarov, Fazil Əliyev, Vahid Əliyev və Hikmət Ağayev tutulublar.
H.Ağayevə məxsus “BMW” markalı avtomobilin yük yerinə baxış zamanı oradan 1 ədəd bıçaq və kustar üsulla hazırlanmış dövlət qeydiyyat nişanları aşkar edilərək götürülüb.
Ətraflarında aparılan tədbirlərlə onların cari il iyul-avqust ayları ərzində Bakı şəhər sakinləri olan daha 4 nəfərə hədə-qorxu gəlib ümumilikdə onlardan 3540 manat pul almaları da müəyyən edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?