Balakəndə 12 yaşlı qızın hamilə qalması ilə bağlı yeni məlumat əldə edilib gundemxeber.az xəbər verir ki, Balakən rayon Prokurorluğundan verilən məlumata görə azyaşlı ilə intim əlaqədə olan təqsirləndirilən şəxs artıq tutulub. Bu, 12 yaşlı qızın anasının vətəndaş nikahında qeyri-rəsmi yaşadığı şəxsdir: “Balakən rayon Prokurorluğuna hadisə ilə bağlı məlumat avqustun 25-i daxil olub. Hazırda cinayət işi başlanılıb və istintaq davam edir. Belə ki, təqsirləndirilən şəxs tutulub və barəsində həbs qətimkam tədbirləri görüləcək. Qeyd edək ki, bu şəxs uşağın anasının qeyri-rəsmi yaşadığı Şindiyev Elçin Qədir oğludur”.
Sorğu
Yeni dizaynımız necədir?