Azərbaycan Uşaqlar Birliyinin sığınacağına vəhşicəsinə döyülmüş 4 yaşlı oğlan uşağı gətirilib.
Birliyin rəhbəri Kəmalə Ağayeva deyib ki, uşaq Nərimanov rayonunda 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən küçədə tapılıb. Uşağın başında və qollarında ciddi yaralar var. Həftənin birinci günü müayinələrdən keçiriləcək. Azyaşlının valideynləri tərəfindən döyülüb küçəyə atıldığı ehtimal edilir.
Hazırda ailəsi ilə bağlı araşdırma aparılır./virtualaz.org
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?