Gəncədə mənzilə basqın edən şəxs ev sahibini və qızını döyüb.
gundemxeber.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 3-də Gəncədə yaşayan İ. İsmayılovanın evinə girmiş qonşusu İbrahim Vəliyev onu və qızı İlahəni döyərək pul vermələrini tələb edib, səs-küy yarandığından istədiyinə nail ola bilməyərək hadisə yerini tərk edib. Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ. Vəliyev tutulub.
Sorğu
Yeni dizaynımız necədir?