gundemxeber.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, basqın edən şəxs ev sahibi və onun həyat yoldaşını döyüb. Xəsarət alan 39 yaşlı Aynurə Quliyeva Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.
Həkimlər xəstəyə ilkin tibbi yardım göstərib və onun vəziyyəti normal qiymətləndirilir. Faktla bağlı hüquq- mühafizə orqanı əməkdaşlarına məlumat verilib. İlkin ehtimala görə, evə girən şəxs ev sahibinin onu gördüyünü hiss edib və ələ keçməmək üçün ər və arvada zərbələr endirib.
Sorğu
Yeni dizaynımız necədir?