Bu ilin iyul ayının 30-da Binəqədi rayonu 6-cı mikrorayon ərazisində yerləşən fərdi yaşayış evlərindən birinə basqın edən maskalı naməlum şəxslər ev sahibi və həyat yoldaşına zor tətbiq edib, əl-qollarını bağlayaraq mənzildən 5800 dollar, 2200 manat pulu, 3 ədəd mobil telefonu, 1 ədəd qol saatı, 1 ədəd suvenir xəncəri quldurluq yolu ilə talayaraq hadisə yerindən qaçıblar.
Binəqədi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qeyd edilən cinayətin Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Anar Əmirli, Bəhruz Hacızadə, Bərdə rayon sakinləri Natiq Musayev, onun qohumu Elməddin Musayev tərəfindən törədildiyi müəyyən edilib və adları çəkilən şəxslər saxlanılaraq məsuliyyətə cəlb ediliblər.
Cinayət yolu ilə əldə edilən pul və qiymətli əşyaların tutulan şəxslər arasında bölündüyü müəyyən edilib. Ev sahibinə məxsus olan qol saatı dəstə üzvü Elməddin Musayevdən aşkar edilərək götürülüb.
Anar Əmirli – Saxlanılan şəxs: “Saat 12, 1-ə işləmiş girdik həyətə. Darvazadan tullanıb, qapını açdım. Bıçağın ucunu qoyan kimi pəncərə açıldı. Oradan da daxil olduq evə. Qadın görəndə qışqırdı, dedim qışqırma, səninlə işimiz yoxdur. Qadının əlini bağladıq. Yataq otağına girib, işığı yandırdım. Gördüm ki, setka oradadır”.
Faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?