Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
S. Qurbanovun vəkili İlkin Mustafanın verdiyi xəbərə görə, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən qapalı prosesdə bir neçə vəsatət qaldırılıb. Vəkilin sözlərinə görə, prosesdə əlavə şahidlərin dindiriləsi ilə bağlı qaldırdığı vəsatət təmin edilib: "Elə şahidlər var ki, onlar ibtidai istintaqda dindirilib, amma adları şahid siyahısına salınmayıb. Mən də buna görə orda dindirilən şahidlərin bəzilərinin məhkəmədə dindirilməsi ilə bağlı vəsatət verdim".
Proses qapalı keçirildiyinə görə, vəkil digər vəsatətlərin məzmunu barədə açıqlama verməyib. Ancaq bildirib ki, verilən vəsatətlərin böyük əksəriyyəti təmin edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?