Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu paytaxtda hissələrə parçalanmış şəxsin baş hissəsinin fotosunu yayıb.
Fotoşəkli təqdim edilməklə həmin şəxsi tanıyanlardan ərazi polis orqanlarına və ya Bakı şəhər prokurorluğunun (012) 498-11-85 və (012) 498-10-54 nömrəli telefonlarına zəng edərək məlumat vermələri xahiş olunur. Sentyabrın 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində hissələrə parçalanmış naməlum kişi meyitinin aşkar olunması faktına görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə Bakı şəhər prokurorluğunda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?