Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən MTN polkovniki Səlim Məmmədovun vəkili Cavid Rzazadə çıxışını yekunlaşdırıb. O, çıxışının sonunda hüquqlarını müdafiə etdiyi şəxsə bəraət istəyib.
Sonra A. Çovdarovun vəkili Sadiq Rəsulov çıxışa başlayıb. O, A. Çovdarovun təqsirsiz olduğunu deyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?