“Bizim yol” qəzetinin əməkdaşı, moderator.az saytının direktoru, Siyasi və Mülki Hüquqların Müdafiəsi Mərkəzinin sədri Pərviz Həşimlinin barəsində həbs qətimkan tədbiri seçilib.
Bu barədə vəkil Elçin Sadıqov məlumat verib.
P. Həşimli barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri Səbail Rayon Məhkəməsində keçirilən prosesdə seçilib.
Qeyd edək ki, P. Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?