Şəkidə Qoxmuq kənd inzibati ərazisində, dağlıq-meşəlik ərazidə çürümüş kişi meyiti tapılıb.
Cəsədin Qoxmuq kənd sakini 64 yaşlı Fərrux Səmədova aid olduğu müəyyən olunub.
Səmədov 4 gün əvvəl yaşadığı evdən çıxaraq, süpürgə hazırlamaq üçün bitki yığmaq məqsədilə meşəyə gedib və geri qayıtmayıb. Onun ürək və epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Fərhad Səmədov - Mərhumun Qardaşı: "Necə yıxılıbsa başı aşağı elə də canını verib. Gedən günü rəhmətə gedib. 3 gün tapılmadığı üçün gecikib".
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır
Sorğu
Yeni dizaynımız necədir?