ABŞ-ın Texas ştatındakı Overton şəhərində yaşayan Stefani və onun nişanlısı Arrin sosial şəbəkələrin əsl ulduzlarına çevriliblər. Onların yarıçılpaq fotolarını yüz minlərlə insan paylaşıb.
"Wolf & Rose Photography" agentliyinin fotoqrafı Bria Terrinin hazırladığı "Stefani və Arrin" fotosessiyası yayılandan sonra Stefani az qala bir gün içində məşhurlaşıb.
Stefani və Arrin indi ailə həyatı qurublar. Bankda çalışan Stefani işindən çıxarılıb. O, plus-size model qismində karyeraya başlamaq niyyətindədir.
"İzafi çəkiliyəm. Fotosessiya ilə bağlı təklif alanda əvvəl istəmədim. Bədənimdən utanırdım. Lakin sonra qərar verdim. Fotolarım yayılanda bank rəhbərliyi məni işdən çıxardı. Halbuki bankda nümunəvi işçi idim, karyeramda sürətlə irəliləyirdim. Olsun, indi model kimi işləyəcəyəm", - Stefani deyib.
Hamiləliyin 5-ci ayında olan Stefani "Austin Bank Texas N.A"dakı işindən kənarlaşdırılıb. Bank rəhbərliyi Stefaninin topless fotolarını "yolverilməz" sayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?