Mingəçevir şəhərində 29 yaşlı oğlan özünü yandırıb.
Hadisə oktyabrın 3-də şəhərin F.Əzimov küçəsi bina 33, mənzil 35-də baş verib. Həmin ünvanda yaşayan 1988-ci il təvəllüdlü Nağıyev İlkin Faiq oğlu gecə saat 04 radələrində üzərinə alışdırıcı maddə tökərək özünü yandırıb. Yaralı ailə üzvlərinin köməyi ilə Mingəçevir Şəhər Xəstəxanasına çatdırılıb, vəziyyəti ağırdır. Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?