Beynəlxalq Bankın vəzifəli əməkdaşlarının məhkəməsi davam edib
Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Bankın (ABB) "Qaradağ" filialının kredit şöbəsinin sabiq baş mütəxəssisi Elnur Hüseynovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hökmə əsasəm E.Hüseynov 11 il müddətinə azadlıqdan məhrum edilib. Polisin nəzarəti altında olan digər iki şəxsə isə 2000 manat məbləğində cərimə cəzası verilib.
Bildirək ki, dövlət ittihamçısı Elnur Hüseynovun 11 il, Aqilə Piriyevanın 1 il və Azər İsmayılovun 2 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, ittihama görə, E.Hüseynov bankda işlədiyi 2012-2015-ci illlər ərzində qulluq mövqeyindən sui-istifadə edərək ayrı-ayrı şəxslərə müraciət edərək, işlədiyi bank filialından kredit rəsmiləşdirməsinə razı salıb, kredit üzrə əsas və faiz borclarının özünün ödəyəcəyini deyərək kredit götürüb.
O, həm də bankın müştərilərinin imzalarını saxtalaşdıraraq onlardan xəbərsiz adlarına kredit götürməkdə də təqdirli bilinir. İttihamda yazılır ki, o, götürdüyü pulları "Topaz"da uduzub.
E.Hüseynov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Bu iş üzrə bankın sabiq əməkdaşı Aqilə Piriyeva və Azər İsmayılov barəsində həbs qətimkan tədbiri seçilməmişdi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?