Qısqanc oğlan bir qız anası olan sevgilisini uşağın gözü qarşısında bıçaqlayıb.
Britaniyada 22 yaşlı Dylan Harries 19 yaşlı və bir qızı olan Katrina Evemy-ni öldürməkdə təqsirləndirilir.
O, Katrinanın başqa oğlanla öpüşdüyünü öyrəndikdə onu bıçaqlayıb. Ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılan qız 6 gün sonra xəstəxanada dünyasını dəyişib.
Polislər hadisə yerinə gələndə dəhşətə gəliblər. Belə ki, onlar evə daxil olanda azyaşlı qızın qan içində olan anasının üstündə uzandığını görüblər.
Hadisədən sonra Dylan saxlanılıb. Yaxın günlərdə ona hökm oxunacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?