Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıblar. Orada aşkarlanan 1955-ci il təvəllüdlü Əliyeva Gülər Qurban qızının cəsədi aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat başa çatıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?