gundemxeber.az Lent.az-a istinadən xəbər verir ki, Yevlax şəhəri, Hüseynzadə küçəsi 49 ünvanında yaşayan 1983-cü il təvəllüdlü Zeynalov Rübail Nizami oğlu üstünə benzin tökərək özünü yandırıb. Onun həyatını xilas etmək mümkün olmayıb.
Bildirilir ki, R.Zeynalov 2 uşaq atası olub və maddi çətinlik çəkirmiş.
Faktla bağlı Yevlax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?